Bütün xəbərlər
Paşinyan siyasi rəqiblərinə nə təklif edib?
Tarix: 24-06-2021 11:10 | Bölmə: Siyasət

                  Paşinyan siyasi rəqiblərinə nə təklif edib?


Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkilərdə məğlub olan rəqib partiyaların liderlərini əhatə edəcək parlamentdənkənar bir strukturun yaradılmasını təklif edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Paşinyanın bir sıra siyasətçilərlə siyasi məsləhətləşmələrinə istinad edərək məlumat verib.
Qəzet yazır ki, N. Paşinyan rəqib siyasətçilərə hər hansı bir vəzifə təklif etməsə də bu siyasi kapitalı itirmək istəmir.
“Bu əsasda Paşinyanla görüşlərin bəzi iştirakçıları yaradılan şuranın büdcə hesabına fəaliyyət göstərəcəyi və orada çalışanların maaş alacağı qənaətinə gəliblər”, - deyə nəşr bildirib.
Siyasi müşavirələr çərçivəsində Paşinyan “Respublika” partiyasının lideri Aram Sarkisyan, “Ədalətli Ermənistan” partiyasının lideri Norayr Norikyan, Xristian Demokrat Partiyasından Levon Şirinyan, “Respublika naminə” partiyasından Arman Babacanyan, “Evimiz Ermənistan” partiyasından Tiqran Urixanyan, “Mühafizəkarlar” partiyasından Mikael Ayrapetyan, “Vətəndaş seçimi” partiyasının idarə heyətinin üzvü Suren Saakyan, həmçinin Samvel Babayan, Tiqran Arzakantsyan, David Sanasaryanla görüşüb.
“Milli demokrat qütbü” və “5165” hərəkatının nümayəndələri görüşdən imtina ediblər.


Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər