Bütün xəbərlər
“Şuşada müqavilə imzalayacağıq” - Ərdoğan
Tarix: 11-06-2021 22:38 | Bölmə: Siyasət

                   “Şuşada müqavilə imzalayacağıq”


“ABŞ səfərindən sonra Azərbaycana, Füzuliyə səfər edəcəyik. Oradan da qardaşım İlham Əliyevlə Şuşaya gedəcəyik”.
“Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məscid açılışında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“İki ölkə olaraq müqavilə imzalayacağıq. Bu, hərtərəfli müqavilə olacaq. Milli oyunu birlikdə izləyəcəyik”, - deyə Ərdoğan əlavə edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “AVRO- 2020” çempionatı çərçivəsində baş tutacaq Türkiyə-Uels matçını Azərbaycanda izləyəcək. Matç iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Baxış sayı: 342


Bölməyə aid digər xəbərlər