Bütün xəbərlər
“Qondarma “erməni soyqırımı” iddialarından bezmişik” - Ərdoğan
Tarix: 02-06-2021 01:23 | Bölmə: Siyasət

                 “Qondarma “erməni soyqırımı” iddialarından bezmişik”


“ABŞ-la gərginliyin səbəbi qondarma erməni soyqırımıdır. Artıq bezmişik. Hər 24 aprel gələndə ABŞ nə deyəcək? Qoyun bu işləri tarixçilər görsün, antropoloqlar işləsin”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin efirində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ərdoğan bildirib ki, bu çalışmalardan sonra siyasilər üzərinə düşəni etməlidir.
Səndən öncəkilər o ifadəni (“erməni soyqırımı” – red.) işlətmədi. Biz buna görə çox məyus oluruq. Türkiyə bir qəsəbə dövləti deyil, heç kim küncə sıxışdıra bilməz.
Türkiyəni bu şəkildə küncə sıxışdırmağa çalışanlar vacib bir dostunu itirər”, - dövlət başçısı vurğulayıb.


Baxış sayı: 356


Bölməyə aid digər xəbərlər