12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Hikmət Hacıyev Bahçelinin məktəblə bağlı paylaşımına münasibət bildirdi
Tarix: 30-05-2021 02:14 | Bölmə: Siyasət

                 Hikmət Hacıyev Bahçelinin məktəblə bağlı paylaşımına münasibət bildirdi


"Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli tərəfindən hədiyyə olaraq Şuşa şəhərində Üzeyir Hacıbəyli adına incəsənət məktəbinin inşa edilməsi təşəbbüsü Azərbaycan tərəfdən minnətdarlıqla qarşılanmışdı".
"Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərtac-a  açıqlamasında deyib.
Hikmət Hacıyev qeyd edib ki, Prezident İlham Əliyev mayın 27-də Türkiyənin milli təhsil nazirini qəbul edən zaman Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin proqramda əksini tapdığını bildirmişdi.
“Mütəxəssislər səviyyəsində incəsənət məktəbi binasının memarlıq layihəsinin Şuşa şəhərinin özünəməxsus arxitektura üslubuna uyğunlaşdırılması məqsədilə işçi müzakirələrin aparılması təklif olunub.
Bu xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu deyildir. Məsələnin mahiyyəti barəsində tam dolğun məruzə olunmamasının anlaşılmazlığa səbəb olduğu istisna edilməyə bilər. Əminik ki, qarşılıqlı anlaşma şəraitində texniki memarlıq xarakterli məsələlər işçi səviyyədə həll olunaraq, Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin tezliklə inşasına başlanılacaq”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Qeyd edək ki, Dövlət Bahçeli tvitter hesabında paylaşım edərək, sözügedən məktəbin layihəsinin Azərbaycan tərəfindən uyğun görülmədiyini, fərqli layihə hazırlandığını bildirmiışdi. O, bunu anlayışla qarşıladığını qeyd etmişdi. 



Baxış sayı: 393


Bölməyə aid digər xəbərlər