12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Bu məhkəmələrin sədrləri vəzifədən azad olunur
Tarix: 19-05-2021 01:23 | Bölmə: Siyasət

                   Bu məhkəmələrin sədrləri vəzifədən azad olunur


Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin vəzifəsindən azad olunaraq Ali Məhkəməyə hakim təyin edilməsi barədə layihə Milli Məclisə daxil olub. 
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən müzakirəyə çıxarılıb. 
İclasda həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşinin və Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun vəzifələrindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsiylə bağlı layihə müzakirə edilib. Bundan əlavə, Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov da vəzifəsindən azad ediləcək. 
Milli Məclisin müvafiq şöbəsində müdir müavini kimi çalışan Səyyad  Kərimovun da Ali Məhkəmənin hakimi təyin edilməsiylə bağlı layihə müzakirəyə çıxarılıb. 
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin yeni sədrinin Səadət Bəktaşi olacağı bildirilir. 
Sözügedən layihələr müzakirə edildikdən sonra Milli Məclisin plenar iclasının gündəliyinə təklif edilib. 



Baxış sayı: 393


Bölməyə aid digər xəbərlər