Bütün xəbərlər
Sərhəddə nə baş verir? - Prezident açıqladı
Tarix: 17-05-2021 12:35 | Bölmə: Siyasət

                 Sərhəddə nə baş verir?


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.
“Qafqazinfo” xəbər verir ki, İlham Əliyev son günlər Azərbaycan- Ermənistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan Prezidentini məlumatlandırıb. 
Bununla əlaqədar Azərbaycan Prezidenti bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. 
Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir.


Baxış sayı: 399


Bölməyə aid digər xəbərlər