Bütün xəbərlər
Baş nazir: "Gürcüstan və Azərbaycan bir-birinə çox bağlıdır və qarşılıqlı əlaqədəyik"
Tarix: 05-05-2021 14:32 | Bölmə: Siyasət

Baş nazir: Gürcüstan və Azərbaycan bir-birinə çox bağlıdır və qarşılıqlı əlaqədəyik


"Cənab Prezident, məni qəbul etdiyinizə görə təşəkkür edirəm. Sizinlə yenidən Bakıda görüşmək böyük məmnuniyyət və şərəfdir. Qeyd etdiyiniz kimi, biz səfərimizi mənim koronavirusa yoluxmağım səbəbindən təxirə salmaq məcburiyyətində olduq".
"Report" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
"Lakin şadam ki, bu gün Bakıdayıq. Siz qeyd etdiniz ki, bizim mükəmməl münasibətlərimiz var və münasibətlərimiz əsrlər boyu davam edir. Mən Sizin atanızın vaxtilə Tbilisidə dediyi sözləri təkrar etmək istəyirəm – tale belə müəyyənləşdirib və bəxtimiz gətirib ki, biz qonşuyuq, gürcü və Azərbaycan xalqları qonşudurlar. Bu, bizim taleyimizdir. Biz bir-birimizə çox bağlıyıq və qarşılıqlı əlaqədəyik", - o əlavə edib.






Baxış sayı: 279


Bölməyə aid digər xəbərlər