12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Şəmkir işi”ndə adı hallanan Famil Xəlilovdan açıqlama
Tarix: 29-04-2021 20:43 | Bölmə: Siyasət

                 “Şəmkir işi”ndə adı hallanan Famil Xəlilovdan açıqlama


Şəmkirin həbs edilən icra başçısı Alimpaşa Məmmədovun qanunsuz tikinti fəaliyyəti ilə bağlı adı hallanan iş adamı Famil Xəlilov yayılan məlumatlara münasibət bildirib.
“Park Kolizey” MTK şirkətinin rəhbəri Famil Xəlilov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iki il əvvəl Şəmkir şəhərində bərbad vəziyyətdə olan bir parkı abadlaşdırmaq  və orada köhnə binanın yerində yeni hündürmərtəbəli bina tikmək qərarına gəlib: “Bunun üçün icra hakimiyyəti ilə danışıqlar aparanda həmin binanın icra hakimiyyətinin deyil, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şəmkir Ərazi İdarəsinin balansında olduğunu bildirdilər. İcra hakimiyyətindən bizə heç bir kömək edə bilməyəcəklərini söylədilər. Biz də qanunlara uyğun olaraq həmin ərazini özəlləşdirdik və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən lazım olan bütün sənədləri toplayaraq tikintiyə başladıq”.
F.Xəlilov qeyd edib ki, Şəmkir şəhərində yaşayış binaları əsasən “Park Kolizey” MTK tikinti şirkəti tərəfindən aparıldığından ittihamlar eyni zamanda onun ünvanına səslənib: “Şəmkir rayonu İcra Hakimiyyətinə məxsus olmayan bir ərazi üçün hər hansı rüşvətin verilməsi məntiqsizdir. Haqqımda bu xəbəri yaydıranlar və yayanlara bildirmək istəyirəm ki, sizlər bizi istəməyən və Şəmkirimizin gözəlləşməsini, abadlaşmasını istəməyən adamlarsız. İddia edilənlərin əsası yoxdur və heç kəsə rüşvət verməmişəm. Bundan sonra da belə hallar təkrarlanarsa, məhkəməyə müraciət edəcəyəm”.



Baxış sayı: 457


Bölməyə aid digər xəbərlər