12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Co Baydenin belə bir addım atması yalnız təəssüf doğurur-CEYHUN MƏMMƏDOV,MİLLİ MƏCLİSİN DEPUTATI
Tarix: 25-04-2021 05:11 | Bölmə: Siyasət


Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin belə bir addım atması yalnız təəssüf doğurur. Bu qərardan ən çox ziyan çəkən məhz Amerika olacaq. Amerika bununla Şərqdə Türkiyə kimi bir güclü dövlətlə - strateji tərəfdaşla münasibətlərə xələl gətirmiş oldu. Amerika zamanla yanlış addım atdığını yaxşı anlayacaq.
Bu addımın atılma səbəblərindən biri də Türkiyənin bölgədə durmadan nüfuzunun artmasının Qərbdəki bir sıra dairələri narahat etməsinin göstəricisidr. Ancaq bu Türkiyənin artan nüfuzunun qarşısını ala bilməz. Türkiyə sürətlə inkişaf edir və bölgədə nüfuzu durmadan artır.
Amerika bölgədə sülhü və əməkdaşlığı dəstəkləmək əvəzinə, Ermənistanın cinayət əməllərini dəstəkləməyi üstün tutdu. Bu gün bölgədə əməkdaşlıqlarla bağlı geniş müzakirələrin aparıldığı bir vaxtda belə bir addımın atılması anlaşılan deyil.
Azərbaycan və Türkiyə bütün ümummilli məsələlərdə bir-birilərini dəstəkləyiblər. Bu gün Prezident İlham Əliyevlə Türkiyə Prezidenti arasında baş tutan telefon danışığında bu dəstək bir daha ifadə olundu.
Burada Ermənistanın da üzərinə böyük məsuliyyət düşür. Ermənistan üçün düşdüyü ağır durumdan çıxmaq üçün bir şans yaranmışdı. Onlar bu fürsətdə yararlanmaq əvəzinə, qonşu dövlətlərlə münasibəti pozmağa üstünlük verdi. Bu yanlış qərarın vəbalını erməni xalqı da çəkəcək.
Növbəti mərhələdə qarşıda duran mühüm vəzifələrdən biri də strateji tərəfdaşlarla, eləcə də Türk Şurasına üzv ölkələrlə əlaqələrin və birliyin gücləndirilməsidir.

#MilliMəclis #Deputat #CeyhunMəmmədov #Azərbaycan #Türkiyə



Baxış sayı: 384


Bölməyə aid digər xəbərlər