12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Kəmaləddin Heydərov danışdı - “Bizdə pul nə gəzir?”
Tarix: 24-04-2021 20:42 | Bölmə: Siyasət

                   Kəmaləddin Heydərov danışdı


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsinə münasibət bildirib.
"Qafqazinfo"nun məlumatına görə, unikal.org-a açıqlama verən Kəmaləddin Heydərov həbs edilən baş həkimin FHN-nin əməkdaşı olmadığını deyib:
“O, bizim işçimiz deyil. Həbs edilən Baş həkim və əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyib. Bizdə pul nə gəzir ki, onları maliyyələşdirək? Həmin Modul Tipli Hospitalı dövlət maliyyələşdirir”. 
Nazir korrupsiya ilə bağlı da fikirlərini bildiib: “Korrupsiya elə bir şeydir ki, gənc, yaşlı tanımır. Kimin qanında varsa, o işlə məşğul olur”.



Baxış sayı: 352


Bölməyə aid digər xəbərlər