Bütün xəbərlər
Lukaşenko Bakıya gəldi - Fotolar
Tarix: 13-04-2021 20:34 | Bölmə: Siyasət

                  Lukaşenko Bakıya gəldi


Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbaycana işgüzar səfərə gəlib.
"Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Belarus Prezidentini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.






Baxış sayı: 270


Bölməyə aid digər xəbərlər