Bütün xəbərlər
Fahrettin Altun Şuşanın qlobal turizm məkanına çevrilməsindən danışdı
Tarix: 10-04-2021 17:59 | Bölmə: Siyasət

                   Fahrettin Altun Şuşanın qlobal turizm məkanına çevrilməsindən danışdı


“Türk dünyasının tarixi, mədəni və bəşəri zənginliklərinin dünyaya daha yaxşı çatdırılması bizim üçün bir məcburiyyətdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun deyib.
Onun sözlərinə görə, minlərlə illik tarixə malik ata yudlarımız dünyanın başlıca turizm mərkəzləri arasında yer ala biləcək potensiala sahibdir:
“Səmərqənd və Buxaranın, Süleyman dağının, Tamqalının və Şuşanın qlobal məkanlar halına gəlməməsi üçün heç bir səbəb yoxdur”.


Baxış sayı: 272


Bölməyə aid digər xəbərlər