Bütün xəbərlər
Qırğızıstan Prezidenti Hidayət Orucovu qəbul etdi - Foto
Tarix: 09-04-2021 17:30 | Bölmə: Siyasət

                     Qırğızıstan Prezidenti Hidayət Orucovu qəbul etdi



Bu gün Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovu qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, Japarov Vətən Müharibəsində qazanılan qələbə münasibətilə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib. 10 noyabr 2020-ci il tarixli bəyanatın regionumuzda davamlı və uzunmüddətli sülhün təmin edilməsinə zəmin yaradacığına ümidvar olduğunu bildirib.
İki ölkə arasında intensiv təmasların ən yüksək səviyyədə olmasının vacibliyini qeyd edərək Prezident İlham Əliyevi Qırğızıstana səfərə dəvət edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması, inkişaf etdirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi, ticarət dövriyyəmizin artırılması və idxal-ixracın diversifikasiyası müzakirə edilib.






Baxış sayı: 281


Bölməyə aid digər xəbərlər