12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
"Ermənistana bu xəritələrin Azərbaycan verilməsi üçün təzyiq edilməlidir” DEPUTAT AÇIQLADI
Tarix: 03-04-2021 11:15 | Bölmə: Siyasət

                            



“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi Zirvə Görüşündə, eləcə də digər bütün beynəlxalq tədbirlərdə Prezident İlham Əliyev Qarabağ məsələsinə hər zaman xüsusi önəm verib. Bu görüşdə də Prezident İlham Əliyev mühüm mesajlar verdi. Bu bir daha göstərir ki, hər zaman olduğu kimi Prezident İlham Əliyev üçün milli maraqlar prioritet təşkil edir və qəbul edilən bütün qərarlarda bu əsas xətt kimi götürülür”. Bunu SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, müharibədən əvvəl də bütün yerli və beynəlxalq tədbirlərdə Prezident İlham Əliyev mütləq Qarabağ məsələsinə, Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan məsələlərə xüsusi önəm verirdi: “Prezident çıxışında müharibədə Azərbaycanın qələbəsini təmin edən amillər, Türkiyənin Azərbaycana dəstəyi, Zəngəzur dəhlizi ilə bağlı mühüm məsələlərə də geniş toxundu.
O xüsusi vurğuladı ki, o dövr də Zəngəzurla bağlı qərarın qəbul edilməsi ümumilikdə Türkiyə ilə digər türk respublikaları arasında əlaqələrin kəsilməsi məqsədi daşıyırdı. Ancaq 44 günlük müharibədə Azərbaycanın qələbəsi və üçtərəfli anlaşmanın imzalanması bölgədə yeni reallıq yaratdı. Hazırda Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı yeni layihələr üzərində işləyir. Bu layihələr ümumilikdə bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın inkişafına ciddi töhfələr verəcək.
Prezident Ermənistanın Azərbaycan tərəfinə minalarının xəritəsini verməməsi ilə bağlı məsələyə də xüsusi toxundu. Bu səbəbdən həm mülki vətəndaşlar, həm də hərbiçilər dünyalarını dəyişirlər. Bu Ermənistanın növbəti hərbi cinayətidir. Ermənistan törətdiyi bütün cinayətlərə eləcə də bu cinayətə görə cavab verməli olacaq. Ermənistana bu xəritələrin Azərbaycan verilməsi üçün təzyiq edilməlidir”.



Baxış sayı: 412


Bölməyə aid digər xəbərlər