18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
Şuşaya Zəfər Yolu ilə gedəcəyik
Tarix: 21-03-2021 19:01 | Bölmə: Siyasət
İbrahim İlyaslı,
şair, Sumqayıt Poeziya Evinin direktoru
Baxış sayı: 611
Bölməyə aid digər xəbərlər
Tarix: 21-03-2021 19:01 | Bölmə: Siyasət

Hər bir vətənpərvər azərbaycanlı ölkəmizdə gedən ictimai-siyasi, iqtisadi, mədəni, hərbi prosesləri dərindən izləyir və yüksəliş meylləri, qələbə reallıqları ilə fəxr edir. Xüsusən, 44 günlük Vətən müharibəsində Azərbaycanın düşmən üzərində qazandığı şanlı qələbə, bu qələbənin yekunu olaraq ölkə prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Bakıda qəbul etdiyi Zəfər paradı bütün soydaşlarımızın ürəyini qürur hissi ilə doldurmuş, hər birimizə qalib ölkə vətəndaşı olmağın fərəhini yaşatmışdır. Respublikamıza rəğbət bəsləyən ölkələr Azərbaycanın haqq savaşında qazandığı bu qələbənin sevincinə şərik olduqlarını sərgiləmiş, bədxahlarımız isə xar olmuşlar. Əlbəttə, müqəddəs Qarabağ savaşında möhtəşəm qələbənin qazanılmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali baş Komandanı cənab İlham Əliyevin hakimiyyətdə olduğu 17 il ərzində yürütdüyü uğurlu daxili və xarici siyasət, ölkəmizin hərbi qüdrətimizin davamlı olaraq artırılmasında misilsiz rolu, əsl sərkərdəlik qabiliyyəti göstərməsi həlledici rol oynamışdır. Sarsılmaz dövlət, ordu və xalq birliyi sayəsində şanlı tariximizin ən yeni səhifələri qızıl hərflərlə yazılmış, dünya xalqımız və millətimizin mübarizə ruhuna heyran qalmışdır.
Bir qələm sahibi kimi, həm müharibənin aktiv fazasında yaşadığım hiss və həyəcanlar, həm zəfər yürüşünün insanı vəcdə gətirən unudulmaz yaşantıları, həm də postkonflikt dövründə cənab İlham Əliyevin inamla söylədiklərinin real müstəviyə uğurla proyeksiya olunması məndə son dərəcə nikbin ovqat yaratmışdır. Müdafiə Nazirliyiinin xətti ilə ön cəbhədə əsgər, gizir və zabitlərimizlə görüşdüyüm zaman necə duyğulandığımı isə ifadə etməkdə çətinlik çəkirəm.
Böyük qələbədən bizi 4 aydan artıq işıqlı bir zaman məsafəsi ayırır və həm ölkə içində, həm də ölkə xaricində Vətən savaşımızın icmalı hələ də dünya siyasətçilərinin, beynəlxalq ekspertlərin gündəmindən çıxmır. Bu gün Azərbaycan dünya miqyasında maraqların qovuşduğu bir məkana çevrilmişdir. Regionda söz sahibi olan ölkəmiz hərbi-siyasi platformalarda geniş müzakirə obyekti olub və sonucda möhtəşəm qələbəmizin təfərrüatları heyrətamiz təəssürat yaradıb. Bizsə XXI əsrin müharibəsini aparmağa və bu müharibədə qalib gəlməyə qadir olan ordumuzun, ölümün gözünə dik baxan igid vətən oğullarımızın olması ilə fəxr edirik. Gizli deyil ki, 30 il xalqımıza yalan vədlər verən ATƏT-in Mink Qrupu, eləcə də bu qəbildən olan digər beynəlxalq təşkilatlar bizi günbəgün qələbəyə aparan anları, dəqiqələri, saatları çaşqınlıq içində və məyusluqla izləyirdilər. Həyat göstərdi ki, göylərin altında, yerlərin üstündə ədalət deyilən bir prinsip də var və haqq nazilsə də, üzülməz. Cənab Prezidentin dediyi kim: “Tarixi ədaləti bərpa etmiş Azərbaycan Ordusu və Azərbaycan xalqı müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi.”
Bu gün Azərbaycan insanını düşündürən əsas məsələ işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi, burada quruculuq işlərinin aparılması, düşmən tərəfindən barbarcasına dağıdılmış infrastrukturun, tarixi abidələrimizin bərpası, tezliklə qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarına qayıdışıdır. Cənab Prezidentin işğaldan azad olunmuş kənd və şəhərlərimizə etdiyi tarixi səfərlər və bu səfərlər zamanı dünyaya, eləcə də Azərbaycan xalqına verdiyi mesajlar dövlətimizin hazırladığı “Böyük qayıdış” proqramının bütün incəlikərinə aydınlıq gətirir. Hər bir səfər yeni bir infrastrukturun təməlqoyma mərasimi, yeni və abad yolların çəkilişi ilə müşaiyət olunur.
Bu ilin mart ayının 15-də Prezidentin Füzuli və Xocavənd rayonlarına etdiyi növbəti tarixi səfər də xalqımızın yaddaşında və eyni zamanda yeni Azərbaycan tarixində dərin izlər buraxdı. Ordumuzun əks-hücum əməliyyatının məhz buradan başladığını cənab İlham Əliyev xüsusi vurğuladı: “Azərbaycan Ordusu öz şərəfli missiyasını yerinə yetirdi. Qaraxanbəyli kəndi müharibənin ilk günündə – sentyabrın 27-də azad edildi. Azərbaycan Ordusu məhz buradan öz şərəfli missiyasını icra etməyə başladı və düşməni torpaqlarımızdan qovdu”. – Bu fikirlər yeni Azərbaycanın salnaməsini yazan tarixçilərimizə ilginc bir mesaj oldu. Yeni hərb tariximizi yazmağa haradan başlamağın gərək olduğu bilindi.
Cənab Prezident başqa bir mesajında, dünyaya, onun komandanlığı ilə Azərbaycan Ordusunun apardığı müharibədə ordunun bütün beynəlxalq konvensiyalara əməl etdiyini, xüsusilə, müharibə zamanı mülki əhaliyə münasibətin insanlıq prinsipləri üzərində bərqərar olduğunu çatdırdı: “Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmayıb. Bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq”. Müharibə zamanı Azərbaycanın cəbhə xəttindən tamamilə uzaqda olan Gəncə və Tərtər şəhərlərini bombalayan, dinc əhaliyə qarşı terror aksiyaları törədən, amansız və vəhşicəsinə rəftar edən, müharibə cinayətləri edən Ermənistan rəhbərliyinin bundan ibrət dərsi götürməsi isə artıq gecdir və onlar bu cinayətlərinə görə cavab verməli olacaqlar.
Hələ müharibəyə qədər işğal altında olan torpaqlarımızdakı qədim tarixi-mədəniyyət abidələrimizin erməni vandalları tərəfindən darmadağın edilməsini, onların rayon mərkəzlərində və kəndlərdə yerləşən məscidlərimizə qarşı qeyri-insani rəftarlarını cənab Prezident bütün nitqlərində olduğu kimi, bu səfərki çıxışında da böyük yanğı ilə dilə gətirdi: “Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər”. Qədim köklərə, tarixə və mədəniyyətə malik olan Azərbaycan xalqının əsrlər boyu qurub-yaratdığı, bu xalqın düşüncəsinin, biliyinin, ruhunun, dilinin, dininin bütövlükdə ifadəsi olan abidələrə qarşı bu qədər amansızcasına rəftar edən bir topluma nə ad vermək olar? Yəni bu kütlənin, qəbilənin içində bu vəhşiliyə “dur” deyən birisi olmayıbmı? Görünən budur ki, olmayıb.
Cənab Prezident Hünərli kəndindəki qədim Alban Məbədi və qədim yaşayış məskəni Azıx mağarası haqqında, ermənilərin bu abidələrə sahiblənmək üçün orada apardıqları saxtalaşdırma əməllərindən ayrıca danışdı: “Tarixi faktların saxtalaşdırılması rəsmi İrəvanın dövlət siyasətidir. Hünərli kəndindəki abidə Alban məbədidir. Ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər. Azıx mağarası böyük əhəmiyyətə malik olan tarixi abidədir. Azıx mağarasını azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar”. Və sonda cənab Prezident bütün bu vandalizm aktlarına, vəhşiliklərə qarşı bir cümlə ilə ən tutarlı cavabı verdi: “İşğal olunmuş ərazilərdə dağıdılmış bütün abidələr bərpa olunacaq”. Deməli, biz xalq olaraq əzəli torpağımıza sahibləndiyimiz kimi, buradakı tarixi-mədəniyyət abidələrimizə də sahiblənəcəyik. Və artıq bu mübarək əməllərə kompleks start verilmişdir.
Dünyadakı bütün abadlıqlar, sahmanlıqlar abad yoldan başlanır. Cənab Prezident müharibə bitərkən, xalqımıza qələbə sorağını çatdıran kimi, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi ilə yanaşı burada yüksək səviyyəli, beynəlxalq standartlara cavab verən yolların, Füzulidə hava limanının tikintisi barədə də sərəncamlar imzaladı. Dövlət başçısının tarixi 15 Mart səfəri də yeni bir yol tikintisinin təməlqoyma mərasiminə vəsilə oldu və o, buradakı çıxışında abad yollarımızın xəritəsini çəkdi: “15 mart tarixində Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimi təşkil olunmuşdur. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir – Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. İnşa ediləcək və uzunluğu 13 kilometr olan Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək”.
Elliklə bütün yollarımız uğurlu, çatacağımız bütün məkanlar abad olsun, cənab Prezident!
İbrahim İlyaslı, şair, Sumqayıt Poeziya Evinin direktoru
Baxış sayı: 611
Bölməyə aid digər xəbərlər
Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.













