12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Ağdamı o halda görəndə sanki beynim dondu” - Fəzail Ağamalı
Tarix: 19-03-2021 14:56 | Bölmə: Siyasət
                

“Bir var, Qarabağı televiziyada görəsən, biri də var ki, canlı olaraq ayaqların torpağa dəysin. Çox ağır hisslər idi. Ağdamı o halda görəndə sanki beynim dondu”.
 
Bu sözləri Modern.az-a işğaldan azad edilmiş ərazilərimizdən səfərdən qayıdan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib. Deputat ermənilərin xarabalığa çevirdiyi doğma torpaqlarımızı görəndə məyus olduğunu söyləyib:
 
“Heç nə düşünə bilmirdim. Ciddi bir susqunluq əmələ gəlmişdi. Bir an özümü saxlaya bilmədim, kövrəldim. Doğulub, böyüdüyüm Zəngəzurun Şıxlar kəndi gözümün önünə gəldi. Bir vaxtlar gənclərimiz oradan müxtəlif yollarla video və şəkillər çəkmişdi. 1988-ci ildə sonuncu dəfə kəndimizə gedəndə oraları alaq otları, qanqal basmışdı. İnsan ruhunun dolaşmadığı evimiz gözümün qabağına gəldi, kövrəldim. Barbar, insanlıqdan və bəşəri dəyərlərdən uzaq vəhşi bir qəbilənin əməllərini biz Ağdamda müşahidə elədik. Tək bir evin belə salamat qaldığını görmədik. Hər birimizin yaddaşında Ağdam ilə bağlı təəssüratlar var idi, amma bu görkəm, təssəvvür olunmaz idi. Məndə o an belə bir fikir formalaşdı ki, biz bu cür barbarlarla necə qonşu ola bilərik? Onlar fürsət tapdığı anda yenəmi bizə belə gün yaşadacaqlar?  Bu qəti istisna deyil”.
 
Bu baxımdan dəmir yumruğumuz hər zaman hazır olmalıdır.



Baxış sayı: 374


Bölməyə aid digər xəbərlər