12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
“Böyük bir amnistiya aktının qəbul edilməsini gözləyirik”
Tarix: 18-03-2021 19:11 | Bölmə: Siyasət

                  “Böyük bir amnistiya aktının qəbul edilməsini gözləyirik”



Hüquq müdafiəçisi, sabiq deputat Çingiz Qənizadə bu gün imzalanmış əfv sərəncamına münasibət bildirib.
Ç.Qənizadə “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, sözügedən sərəncam son illərdə kəmiyyət və keyfiyyət etibarilə ən böyük əfv sərəncamlarından biridir:
“Bu dəfə də cənab Prezident 625 məhkum barəsində əfv sərəncamı imzalayıb. Biz həmişə Prezidentin belə humanist addımlarının şahidi olmuşuq.
Bu dəfə isə o, daha çox məhkumu və məhkum ailələrini sevindirib. Nəzərə alaq ki, 625 nəfər məhkumu tanıyan onlarla qohum-əqrəbalar bu gün Prezidentin sərəncamı ilə Novruz bayramı öncəsi şad oldu.
Biz hüquq müdafiə təşkilatlarının Monitorinq Qrupu olaraq öz müraciətlərimizi komissiyaya ünvanlamışdıq. Onlara da baxılıb. Həmişə olduğu kimi, hüquq müdafiə təşkilatlarının müraciətlərinin müəyyən hissəsinə müsbət dəyər verilib. Buna görə də Komissiyaya və Prezidentə təşəkkür edirik.
Bu qələbəmizdən, torpaqlarımızın işğaldan azad edilməsindən sonra biz hüquq müdafiəçiləri böyük bir amnistiya aktının qəbul edilməsini də gözləyirik. Bunun müəllifi Prezident və yaxud Birinci vitse-prezident ola bilər.
Amma amnistiya aktı qanundur və Milli Məclisdə təsdiq edilməlidir. Bu baxımdan, arzulayırdıq ki, ulu öndərin doğum günü ərəfəsində  belə bir amnistiya aktı qəbul edilsin”.



Baxış sayı: 376


Bölməyə aid digər xəbərlər