18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
Heydər Əliyev yolunun zirvəsi: 44 günlük savaşın qalib komandanı
Tarix: 10-03-2021 22:17 | Bölmə: Siyasət
Ucal Qasımov,
“Məslək” qəzetinin redaktoru
Baxış sayı: 642
Bölməyə aid digər xəbərlər
Tarix: 10-03-2021 22:17 | Bölmə: Siyasət
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin Yeni Azərbaycan Partiyasının bu ilin martın 5-də keçirilmiş VII qurultayında söylədiyi nitqi müstəqillik dövrünün mükəmməl qiymətləndirilməsi ilə yanaşı, Azərbaycanın bundan sonrakı inkişaf dövrünün də proqramı kimi qəbul edilir.
Dövlət başçısı nitqində son 17 ildə əldə edilən uğurların, eləcə də 10 noyabr Zəfərinin, torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən savaşında qazanılan Qələbənin ulu öndər Heydər Əliyev yolunun davam etdirilməsi ilə bağlı olduğunu xüsusi vurğuladı. Bu, təsadüfi deyil. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycanın Prezidenti seçilərkən İlham Əliyev Ümummilli Liderin siyasətini davam etdirəcəyini bəyan etmişdi. Ondan sonrakı dövrlərdə də dövlətimizin başçısı bu yola, Heydər Əliyev siyasi kursuna sadiqliyini dəfələrlə ifadə etmişdir.
Sözsüz ki, 1993-2003-cü illər ölkənin inkişafı baxımından olduqca həlledici illər olub. Məhz bu illər ərzində ölkəmizdə dövlətçiliyin əsasları qoyuldu. Konstitusiyamız məhz bu illərdə, Heydər Əliyevin dövründə qəbul edildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən senzura tətbiq olunması barədə qəbul olunmuş qərarlar məhz onun göstərişi ilə, onun tərəfindən ləğv edildi. Həmin dövrdə ölkədə siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Ölkəmizə böyük investisiyalar cəlb edildi, ordu quruculuğuna start verildi. Görülmüş işlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdı.
Mövcud uğurların əldə olunmasında ölkəyə rəhbərlik edən səriştəli və praqmatik siyasətçinin, ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Bir neçə ildir sosial, siyasi, iqtisadi, hərbi və s. sahələrdə radikal islahatlar vasitəsilə çox böyük dəyişikliklər həyata keçirən Prezident İlham Əliyev ölkəmizi beynəlxalq reytinq cədvəllərində ön cərgələrə yüksəldib. Müxtəlif istiqamətlərdə həyata keçirdiyi islahatlar cəmiyyətdə müsbət nəticələr doğurduğu üçün xalqın böyük dəstəyini əldə edə bilmişdir. Müasir Azərbaycan yeni-yeni nailiyyətlər əldə edərək, sürətli inkişafı ilə regionun lider dövlətinə çevrilib. Heydər Əliyev məktəbinin layiqli davamçısı olan Prezident İlham Əliyev bütün təzyiqlərə, çətinliklərə, problemlərə qarşı mübarizə apararaq dövlət idarəetməsinin ən uğurlu modellərini tətbiq etməkdədir. Bütün bunların nəticəsidir ki, Azərbaycan borc alan ölkədən borc verən ölkəyə, köməyə ehtiyacı ölkələrə yardım edən dövlətə çevrilib.
Prezident İlham Əliyevin özünün də vurğuladığı kimi, o, ata vəsiyyətini, ümummilli lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın düşməndən azad olunması vəsiyyətini reallaşdırdı. 30 ilə yaxındır ki, həll olunmayan Qarabağ problemini Ali Baş Komandan İlham Əliyev müdrik və uzaqgörən siyasəti ilə 44 günə həll etdi. Xalqımızın uzun illərdir ki, ən ağrılı və ən böyük problemi olan Qarabağ münaqişəsi ordumuzun gücü, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə nəhayət ki, Azərbaycanın xeyrinə başa çatdı. Hər kəsə yaxşı məlumdur ki, dünyadakı silahlı münaqişələrin həlli prosesinin 50 il, hətta 100 il belə uzanma ehtimalı var. Yaxın və uzaq qonşularımızı – Gürcüstanı, Moldovanı, Əfqanıstanı, Fələstini və s. Kimi münaqişə ocaqlarını göstərə bilərik. Nəzərə alsaq ki, Qarabağ problemi böyük dövlətlərin, qlobal güclərin geosiyasi maraqlarının toqquşduğu bir məsələyə çevrilmişdi, o zaman onun həllinin nə qədər çətin olduğunu təsəvvür edə bilərik. Məhz geosiyasi prosesləri dəqiqliklə təhlil edən Prezident İlham Əliyevin müdrik qərarlarının nəticəsində Azərbaycan Ordusu 44 günə 30 illik problemi həll etdi. “Dəmir yumruq”la düşməni əzib məhv edən Ali Baş Komandan İlham Əliyev regionda və dünyda yeni reallıqlar yaratdı. Bu reallıq həm də ümummilli lider Heydər Əliyevin vəsiyyətinin, Azərbaycan xalqının arzusunun gerçəkləşməsi idi.
“Əgər Azərbaycan müharibəyə başlasa, bu dəfə tanklarımız Bakıya qədər gedib çıxacaq” deyən Ermənistanın xəyalpərəst liderləri “Dəmir yumruğ”un zərbəsindən hələ də özlərinə gələ bilmirlər. Azərbaycanın tarixi qələbəsindən sonra Ermənistan cəmiyyəti çıxılmaz, ümidsiz, parçalanmış, vətəndaş qarşıdurmasının yaşandığı bir ölkəyə çevrilib. Ermənistanda hakimiyyətin istefası tələbilə fasiləsiz aksiyalar keçirilir, çox ciddi vətəndaş qarşıdurması və xaos yaşanır. Azərbaycanda isə 50-dən çox siyasi partiya Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini birmənalı şəkildə bəyan etdi. Vətən müharibəsi dövründə QHT-lər, media qurumları, siyasi partiyalar nəinki Prezident İlham Əliyevin siyasətini dəstəkləyirdi, hətta onun təbliği üçün əlindən gələni əsirgəmirdi. Müharibə dövründə əsl vətəndaş həmrəyliyi, dünyaya örnək ola biləcək Xalq-Ordu-Prezident birliyi göstərildi. Bu da Prezident İlham Əliyevin ötən 17 il ərzində həyata keçirdiyi uğurlu siyasətin bariz nümunəsi idi.
Azərbaycan bu gün siyasi, iqtisadi, hərbi, mədəni və digər istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə regionda və dünyada söz sahibi olan bir ölkəyə çevrilir. Həyata keçirilən uğurlu iqtisadi islahatlar beynəlxalq hesabatların reytinqlərində, eləcə də Dünya Bankı kimi aparıcı qurum tərəfindən hazırlanan “Doing Business” hesabatında öz əksini tapır.
Bu gün Azərbaycanda bütün sahələrdə quruculuq, inkişaf, islahat, yüksəliş müşahidə olunmaqdadır. Tarixi qələbədən sonra Azərbaycan daha da sürətli inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli quruculuq işləri həyata keçirilməkdədir. Ölkənin digər bölgələrində də eyni sürətlə quruculuq işləri reallaşdırılır. Azərbaycanın hər bir vətəndaş dövlətini, onun rəhbərini daim öz yanında görür, hər zaman güvəndə olduğunu hiss edir. COVİD-19 virusunun dünyanı silkələdiyi bir vaxtda Azərbaycanın Lideri İlham Əliyev öz vətəndaşına da, digər dövlətlərə də dəstək olur, pandemiya bəlasını ağrısız keçirmək üçün əlindən gələni edir. Bir sözlə, həyata keçirdiyi layihələrlə, yorulmadan və davamlı şəkildə həyata keçirdiyi uğurlu fəaliyyəti ilə, müdrik və uzaqgörən qərarlarıyla İlham Əliyev xalqımızın ümid və güvənc yerinə çevrilmişdir.
Prezident İlham Əliyev daxili məsələlərin həlli ilə yanaşı, beynəlxalq aləmdə də fəal siyasət həyata keçirir. Xüsusilə qonşu ölkələrlə Azərbaycanın münasibətləri, əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb və Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində iş aparılır. BMT çərçivəsində qlobal sülhə və təhlükəsizliyə dəstək verilməsi fəaliyyətində, beynəlxalq aləmdə ikinci ən böyük təşkilat kimi tanınan Qoşulmama Hərəkatının sədri kimi narahat dünyamızın problemlərinin həllində, İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə islam ölkələrinin inteqrasiyasında, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının çalışmalarında, MDB ölkələrinin münasibətlərinin dərinləşdirilməsinə Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin şahidi oluruq.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışı zamanı Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyətinə diqqət yetirərək vurğuladı ki, bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarmışdır, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır və bu, istər-istəməz bu ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir”
Sözsüz ki, həyata keçirilən bütün layihələr uzunmüddətli dayanıqlı inkişafı təmin edir, ölkəmizin daha da qüdrətlənməsinə, müstəqilliyimizin əbədi olmasına, Azərbaycan xalqının təhlükəsiz və sülh şəraitində öz dədə-baba torpağında yaşamasına xidmət edir.
Ucal Qasımov, “Məslək” qəzetinin redaktoru
Baxış sayı: 642
Bölməyə aid digər xəbərlər
Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.













