12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Müxalifət Paşinyana seçkilərlə bağlı şərt qoydu
Tarix: 09-03-2021 23:16 | Bölmə: Siyasət

                     Müxalifət Paşinyana seçkilərlə bağlı şərt qoydu


Ermənistanın müxalif “Vətənin xilası hərəkatı”nın koordinatoru İşxan Saqatelyan ölkədə siyasi böhranın həlli variantını təklif edib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, eyni zamanda, bu təklifin mövcud hökuməti razı salmayacağını da deyib.
“Nikol Paşinyan saat 12:00-dək parlamentə gəlsin və istefa versin. Bu zaman biz seçkilərə razı olarıq. Ancaq o, bunu etməyəcək, çünki baş nazir kürsüsünə “yapışıb”.
Qeyd edək ki, hazırda müxalifət parlament binasının girişlərini bağlayıb. Dəmirçiyan küçəsində çadırlar qurulub, zibil qablarından sədlər yaradılıb.
Saqatelyan Paşinyan parlamentə gələrsə, onun üçün “dəhliz” açmağa hazır olduqlarını bildirib.
Bundan başqa, o qeyd edib ki, müxalif aksiyaçılar Baqramyan prospektində və Dəmirçiyan küçəsində gecələyəcəklər və onlar hakim “Mənim addımım” partiyasından olan deputatları onlar baş nazirin impiçmenti ilə razılaşmayanadək parlament binasına buraxmayacaqlar.
“Onun siyasi üstünlüyü yoxdur. Paşinyan müxalif fraksiyanı onunla razılaşmaya çəkərək boşboğazlıq edir. Ancaq məqsədinə çatmayacaq”, - deyə Saqatelyan bildirib.
Xatırladaq ki, bundan əvvəl Paşinyan erkən seçkilərlə bağlı müxalifətlə razılığa ümid etdiyini bildirmişdi. O, “Çiçəklənən Ermənistan” və “Maarifçi Ermənistan” partiyalarına baş nazir postuna öz namizədlərini irəli sürməməklə bağlı memorandum imzalamağı təklif etmişdi. Yalnız bundan sonra erkən parlament seçkilərinin keçirilməsi qərarı qəbul edilə bilər.



Baxış sayı: 321


Bölməyə aid digər xəbərlər