18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
“Məni yüksək vəzifəli məmurlarla görüşə çağırmışdılar” - “Şərurlu İsfəndiyar”
Tarix: 06-03-2021 16:26 | Bölmə: Siyasət
2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılov hakim qarşısına çıxarılıb.
“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub.
Məlumata görə, iş üzrə 4 nəfər zərərçəkmiş var. Onlardan biri tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur.
Nadir İsmayılov Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. N.İsmayılov 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır. Onun ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir. N.İsmayılov Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq maddələri ilə ittiham edilir.
Martın 5-də baş tutan məhkəmədə zərərçəkmişlərdən yalnız İsfəndiyar Axundov iştirak edib.
İ.Axundov əvvəlcə Nadir İsmayılovla münasibətlərindən danışıb. Deyib ki, Nadir İsmayılovla dost olub, illərlə birlikdə çörək kəsiblər.

Daha sonra İsfəndiyar Axundov hadisələrin bu yerə gəlib çatmasının səbəblərini danışıb.
O deyib ki, 2012-ci il dövlətin ən yüksək vəzifəli məmurları onu görüşə çağırıb. Səbəb isə həmin illərdə tikinti sektorunda baş verən xaos olub. Həmin ərəfədə minlərlə insan MTK-lardan ev almaq istəyərkən aldadılmışdı.
İ.Axundov ifadəsində bildirib ki, görüşdə fövqəladə hallar naziri, daxili işlər naziri, baş prokuror və Bakı meri Hacıbala Abutalıbov olub.
"Bildirildi ki, 1036 nəfər aldadılıb. Onların narazılığını həll emək lazımdır. Narazı insanları müxalifət öz tərəfinə çəkə bilərdi. Seçki ərəfəsi idi və ölkədə gərginlik ola bilərdi. Mənə dedilər ki, vergidən azad ediləcəyəm və dövlət də dəstək göstərəcək. Mən də bu işi görməyi öz öhdəmə götürdüm. Dedim ki, mən də bu dövlətin bir əsgəriyəm"- deyə İ.Axundov qeyd edib.
İ.Axundov daha sonra Nadir İsmayılovla aralarında yaranmış qalmaqal haqda danışmağa başlayıb. Deyib ki, görüləcək işlərlə bağlı Nadir İsmayılovun dəstəyi ilə kredit götürüb:
"Ümumi 10 milyon razılaşdırıldı. 5 milyon mənə verildi. 5 milyon da onda qaldı, bankda depozitə qoydu. Mən həmin krediti 10 ilə qaytarmalı idim. Sonra Mərkəzi Bank dedi ki, gətir pulu qaytar.
Əslində indi burda Nadirin baş mühasibi oturmalı idi. 6 milyon ödəmişəm. Amma həmin adam kreditə ödəməyib. Sənədlərdə yazılıb ki, pul hesaba ödənilib. Əslində isə kreditə ödənildiyi yazılmalı idi.
Sonra məlum oldu ki, 10 milyonluq kreditin hamısı mənim adıma yazılıb. Artıq problemlər yaranmağa başlayırdı. Özü ilə danışdım. Nadir mənə dedi ki, pulu ödəməsəm, obyekt əldən gedəcək. Mənə dedi ki, 80 milyon alacağı var və alan kimi mənim pulumu verəcək. Amma vermədi. Mən də buna inanmışdım.

Sonra dedi ki, onda qalan 4 milyonu da mən gətirib ödəyim. Bunu da ödədim. Amma Mərkəzi Bank çağırdı ki, həmin pulu "Zaminbank"a yox, onlara ödəməliyəm. Mənə dedilər ki, sən aldadılmısan. Dövlətə kömək edəcəyim yerdə gəlib bataqlığa düşdüm".
İ.Axundov qeyd edilən 10 milyonluq kreditə görə 12 milyon 800 min ödəniş etdiyini deyib.
Nadir İsmayılova etibarının olduğunu deyən İsfəndiyar Axundov bildirib ki, kredit ayrılanda heç bir sənədə imza atmayıb:
"İllərlə çörək kəsmişik, etibar eləmişəm, savadsızlığımdan istifadə ediblər".
Məlum olub ki, İ.Axundova kredit ayrılan zaman ona məxsus "Flaminqo" restoranı, "milyonerlər məhəlləsi"ndəki villası girov qoyulub.
Bundan sonra Nadir İsmayılov danışıb və İsfəndiyar Axundova əvvəlcə barışıq təklif edib: "Mən əvvəlcə təklif edirəm ki, İsfəndiyar müəllim şikayətini geri götürsün və öz aramızda həll edək. Əks halda həqiqətləri açıb deyəcəm".
İsfəndiyar Axundov etiraz edib və deyib ki, 25 milyonluq işi batmaq üzrədir: "Mənim başıma oyun açdılar. O vaxt dedim ki, heç olmasa "Flaminqo"nu çıxarsınlar, amma onu da etmədilər. Mən onunla çörək kəsmişəm. Mənə izah etsəydilər, kömək edəcəkdim. Amma məni aldadıblar. Mən bilmirdim ki, obyektlər Mərkəzi Banka girov qoyulub".

Nadir İsmayılov bildirib ki, əgər İsfəndiyar Axundov barışığı qəbul eləməsə, həqiqətləri danışmağa başlayacaq.
İ.Axundov da Nadir İsmayılovla etiraz etməyib: "Danış, nə bilirsənsə, danış".
Nadir İsmayılov ifadəsinə belə başlayıb: "İsfəndiyar Axundov danışır, amma bəzi məqamları dəqiq danışmır. Bir gün mənə dedi ki, 75 min kvadrat evlərini, 16 mərtəbəli binasını, Tbilisi prospektindəki obyektini əlindən alıblar. Bu hadisələr 2012-ci ildə baş verirdi. İndi ad çəkmək istəmirəm. O zaman kimlər nələr edirdi...
Mən gördüm ki, İsfəndiyarın vəziyyəti pisdir. Ona kömək məqəsədi ilə kredit ayırmağı təklif etdim. İşlərini yoluna qoysun deyə. Deyirdim ki, iş gör, səni batırmaqlarına imkan vermə.
Bütün bu söhbətlərə İsfəndiyar müəllimin qudası Məhərrəm Sadıqov da şahiddir. Çağırarsınız, o da gəlib ifadə verər.
10 milyonun 5 milyonu qalmışdı. Amma həmin 5 milyonun, İsfəndiyarın götürmədiyi pulun faizini mən ödəyirdim. Çünki Mərkəzi Bank pulu "Zaminbank"a vermişdi. 10 milyonun faizi "Zaminbank"ın müxbir hesabından silinirdi. Sonra qalan 5 milyonu hissə-hissə özü götürdü.
Mənim yanımda oğlu Mehman ilə danışıb. Türkiyədə bina tikmək istəyirdilər. Oğluna 2 milyon lazım idi. Oğluna dedi ki, Nadir əminin yanındayam, pulu verir. Oğluna dedi ki, adamları göndər, gəlib aparsın".
Nadir İsmayılov bu ifadələri verən zaman emosional danışıb və hirslənib. O söyləyib ki, bu qədər haqsızlığa dözə bilmir:
"Mən susdum, amma gördüm ki, günahsız yerə həbsdə qalıram. Artıq 8 aydır ki, həbsxanadayam. Əlim-qolum bağlı qalıb.
Məndə səs yazıları, görüntülər var. Telefon danışıqları var. Hamısını gətirib ortaya qoyacam. Tutulmamışdan iki gün əvvəl də İsfəndiyar müəllimlə görüşdük, danışdıq, öpüşdük. Sonra da məni tutdular".
Sual-cavablardan məlum olub ki, "Zaminbank"da İsfəndiyar Axundovun xanımının adına hesab olub. Həmin hesaba 4.5 milyon pul qoyulub və kreditin bağlanmasına yönəldilib.
Nadir İsmayılov deyir ki, Həmin pulu hesaba özü köçürüb. İsfəndiyar Axundov isə deyir ki, həmin pulu özü ödəyib.
İsfəndiyar Axundov orta təhsilinin belə olmadığını, buna görə də Nadir İsmayılov tərəfindən aldadıldığını vurğulayıb.
Amma N.İsmayılov bununla razılaşmır: "İsfəndiyar müəllim ölkədə ən böyük kapitalı olan iş adamlarından biridir. Böyük biznes şəbəkəsi var. Onun bir sənədə imza atmaması, ondan xəbərsiz sənədləşmə aparılmasına necə inanmaq olar? Kredit müqaviləsi üç tərəf arasında imzalanıb. "Zaminbank", İsfəndiyar Axundov və Mərkəzi Bank arasında".
Suallar zamanı İsfəndiyar Axundov bildirib ki, hazırda əmlaklarını girovdan çıxara bilmir.
Nadir İsmayılov söyləyib ki, İsfəndiyar Axundovun Mərkəzi Banka 5 milyon borcu qalır. Kreditin yarısından çoxunu ödədiyi üçün "Flaminqo" restoranını girovdan çıxara bilər.
Məhkəmə araşdırması davam edir. Növbəti prosesə İsfəndiyar Axundovun epizodu üzrə dindirilmələr davam edəcək.
Xatırladaq ki, N.İsmayılovun adı başqa bir cinayət işində də keçirdi. Həmin işdən sonra Nadir İsmayılovun əməlləri barədə araşdırma aparılmağa başlanmışdı. Belə ki, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovdan şikayət etmişdi. Elnur Məmmədov Rövşən Heybətova 200 min manat pul verərək Türkiyəyə aparmasını istəmişdi. R.Heybətov Türkiyədə hücuma məruz qaldığını, pulun oğurlandığını bildirirdi.
Lakin Elnur Məmmədov buna inanmayaraq R.Heybətovdan şikayətçi olmuşdu. Bu cinayət işi üzrə məhkəmə araşdırması davam edən zaman Nadir İsmayılov məhkəmədə şahid qismində dindirilmişdi. Həmin prosesdə N.İsmayılov barəsində qanunsuz köçürmələrə görə araşdırma aparıldığı üzə çıxmışdı.
Baxış sayı: 746
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.