12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Azərbaycan Ordusu Qarabağda anti-terror əməliyyatı apara bilər - Polkovnik
Tarix: 02-03-2021 16:39 | Bölmə: Siyasət


Azərbaycan Ordusunun Qarabağda qazandığı tarixi qələbədən sonra kapitulyasiyaya  imza atmış Ermənistan hər vəchlə Rusiyanın vasitəçiliyilə razılaşdırılan üçtərəfli bəyanata əməl etməməyə çalışır. Düşmən ölkə Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazisində müxtəlif təxribatlara əl atır.
Azərbaycan tərəfi təxribatlara son qoyulması üçün dəfələrlə qarşı tərəfə xəbərdarlıq edib. Ermənistan isə hələ ki xəbərdarlıqlardan nəticə çıxarmır.
Belədə təxribatların qarşısını almaq üçün Azərbaycan Ordusu Qarabağda anti-terror əməliyyatları keçirə bilər... Son günlər belə fikirlər xeyli aktuallaşıb. Bəs bu nə dərəcədə realdır?
Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az saytına bildirib ki, hər an düşmən tərəfindən təxribat gözləmək olar:
“Əvvəla, biz bilirik ki, torpaqlarımızı işğalçılardan təmizləyib, ərazi bütövlüyümüzü bərpa etmişik. Artıq Ermənistanla Azərbaycanın dövlət sərhəddində bizim güc strukturlarımız və ordumuz xidmət aparır.
Buna baxmayaraq, biz hər an düşmən tərəfindən təxribat gözləyirik. Məğlubiyyətlə barışmaq istəmiyən düşmən terrorçu qüvvələrsən pul qarşılığında istifadə etməklə Azərbaycan torpaqlarında qalaraq təxribat törədə bilər. Azərbaycan təxribatların qarşısını almaq üçün müvafiq güc strukturlarının iştirakı ilə komendantlıq yaradıb.
Bilirik ki, Qarabağın həm sülhməramlı qüvvələrin, həm də Azərbaycanın nəzarəti altında olan əraziləri var. Əlbəttə, sülhməralı kontingentin nəzarəti altında olan ərazidə təhlükəsizliyi və terror fəaliyyətinə qarşı sülhü bərqərar etmək həmin qüvvələrin vəzifəsidir. Ona görə də Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də yaradılıb”.
Hərbi ekspert qeyd edib ki, baş verəcək hər hansı təxribata qarşı Azərbaycan anti-terror əməliyyatı keçirə bilər:

“Təbii ki, hər hansı terrorçunun və təxribatın qarşısını almaq üçün Azərbaycan anti-terror əməliyyatları aparacaq.
Amma ən əsası onu qeyd etmək istəyirəm ki, aparılacaq anti-terror əməliyyatını müharibə əməliyyatı ilə səhv salmayaq.Vətən müharibəsini ona görə anti-terror əməliyyatı adlandırırdıq ki, Azərbaycan ərazisində hər hansı silahlı qurum hüquq tələblərinə görə qanunsuz sayılır.
Xırda terror qruplarının qarşısını almaq üçün Azərbaycanın anti-terror əməliyyatı aparan qurumları hazırdır və bu fəaliyyətlə də məşğuldurlar”.



Baxış sayı: 391


Bölməyə aid digər xəbərlər