12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Notariatda bu halda rüsum tutulmayacaq
Tarix: 27-02-2021 16:59 | Bölmə: Siyasət

                            Notariatda bu halda rüsum tutulmayacaq


Prezident İlham Əliyev “Notariat haqqında” Qanununa dəyişikliyi təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən, Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda xüsusi notariuslar tərəfindən bu haqq və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.
Bundan başqa, qanuna notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun və haqqın tutulmasının xüsusiyyətləri ilə bağlı yeni maddə əlavə edilib.
Əlavəyə görə, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə sənədlərin surətlərinin təsdiqinə, habelə digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.
Bu Qanun 2021-ci il martın 1-dən qüvvəyə minir.
Bundan başqa, dövlət başçısı “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti iki ay müddətində, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həmin Təlimata müvafiq dəyişikliklər etməlidir.
Həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.



Baxış sayı: 416


Bölməyə aid digər xəbərlər