Bütün xəbərlər
Kremldən Ermənistana Qarabağ razılaşması ilə bağlı çağırış
Tarix: 26-02-2021 22:58 | Bölmə: Siyasət

                 Kremldən Ermənistana Qarabağ razılaşması ilə bağlı çağırış


“Ermənistan Azərbaycanla müharibədən sonra əldə edilən Dağlıq Qarabağ razılaşmasına riayət etməlidir”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Dağlıq Qarabağ razılaşmalarının tətbiqinə yönəlmiş hər hansı bir təhdid görmürük. Ermənistandakı proseslərə rəğmən, Dağlıq Qarabağ razılaşmalarının tətbiqinə davam edilməsi vacibdir”, - o qeyd edib.
Peskov dünən Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya lideri Vladimir Putinə zəng etməsinə də toxunub:
“Telefon danışığı ilə bağlı bizim tərəfimizdən yayımlanan mətni diqqətli təhlil etdinizsə, Putinin Ermənistandakı problemlərin qanunlar çərçivəsində həlli lehinə danışdığını görə bilərsiniz. Bu ifadə çox vacibdir”.


Baxış sayı: 419


Bölməyə aid digər xəbərlər