Bütün xəbərlər
Prezident Xalid Əhədovu Müşahidə Şurasına sədr təyin etdi
Tarix: 22-02-2021 16:30 | Bölmə: Siyasət

                     Prezident Xalid Əhədovu Müşahidə Şurasına sədr təyin etdi


Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Müşahidə Şurasının üzvləri
Rəhman Hümmətov – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.


Baxış sayı: 313


Bölməyə aid digər xəbərlər