12:51 / 26-11-2024
Sabiq rəis həbs edilib
Bütün xəbərlər
Daha bir erməni nazir Qarabağa qanunsuz səfər etdi - Fotolar
Tarix: 22-02-2021 14:26 | Bölmə: Siyasət

                  Daha bir erməni nazir Qarabağa qanunsuz səfər etdi


Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan FHN-in mətbuat xidməti məlumat yayıb. Piloyan Xankəndidə separatçı rejim qalıqlarının başçısı Araik Arutyunyanla görüşüb, bu cür qarşılıqlı səfərlərin daha tez-tez təşkil edilməli olduğunu bildirib.
Qeyd edək ki, bundan öncə Ermənistan xarici işlər naziri Ara Ayvazyan, hərbi prokuror, baş prokurorun müavini Vahe Arutyunyan və baş prokuror Artur Davtyan Dağlıq Qarabağa qanunsuz səfər etmiş, burada separatçı rejim qalıqlarının başçısı ilə görüş keçirmişdi.
 






Baxış sayı: 343


Bölməyə aid digər xəbərlər