Bütün xəbərlər
Vilayət Eyvazov Pakistan səfirini qəbul etdi
Tarix: 17-02-2021 18:38 | Bölmə: Siyasət

                     Vilayət Eyvazov Pakistan səfirini qəbul etdi


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 17-də Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, strateji müttəfiqlər olan iki dövlət arasında əlaqələrin zəngin tarixə malik olduğunu, Prezident İlham Əliyevin bu münasibətlərin daha da genişlənməsinə hər zaman xüsusi önəm verdiyini diqqətə çatdıran daxili işlər naziri V.Eyvazov beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində dost və qardaş ölkə olan Pakistanın Azərbaycanın mövqeyini hər zaman birmənalı şəkildə dəstəklədiyini məmnunluqla qeyd edib.
Dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu qeyd edən nazir, iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında da son illər sıx münasibətlərin mövcudluğundan, imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya və insan alverinə qarşı mübarizədə birgə səylərin göstərilməsindən, əməliyyat məlumatlarının mübadiləsindən məmnunluğunu bildirib, qarşılıqlı səfərlərin, bu görüşün birgə işbirliyinin daha da dərinləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.


Baxış sayı: 288


Bölməyə aid digər xəbərlər