Bütün xəbərlər
Ərdoğan Azərbaycanla bağlı daha bir sazişi təsdiqlədi
Tarix: 11-02-2021 16:31 | Bölmə: Siyasət

                Ərdoğan Azərbaycanla bağlı daha bir sazişi təsdiqlədi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş”i təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin “Resmi Gazete”sində məlumat verilib.
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş” 2018-ci ilin 25 aprelində Ankarada imzalanıb.



Baxış sayı: 414


Bölməyə aid digər xəbərlər