18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Milli Prioritetlərdə əsas hədəflərdəndir - Vüqar Rəhimzadə
Tarix: 07-02-2021 12:59 | Bölmə: Siyasət
Dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə yeni prioritetlərin müəyyənləşdirilməsini, onların icrası ilə bağlı Dövlət proqramlarının, inkişaf strategiyalarının təsdiqlənməsini bir zərurətə çevirir. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyması Azərbaycanın inkişaf modelinin təkmilləşdirilməsinə yol açdı. Belə ki, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi üçün regionların malik olduğu təbii resurslardan səmərəli istifadəyə böyük ehtiyac yarandı ki, bu da öz növbəsində regional inkişaf proqramlarının qəbulunu şərtləndirdi. Artıq 2004-cü ildən indiyədək 3 Dövlət Proqramının icrası başa çatıb, dördüncü sənədin icrası davam edir. Təbii ki, yeni-yeni hədəflər müəyyənləşdirildikcə aktual vəzifələr ortaya çıxır ki, bu da Dövlət proqramlarının qəbulu ilə tənzimlənir.
Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, bu sənədlərdən əlavə qəbul edilən və icrası istiqamətində mühüm addımlar atılan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda, 12 istiqamət üzrə Strateji yol xəritələri Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini təmin etməklə yanaşı, eyni zamanda, ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında əhəmiyyətli rol oynayır. Buna əmin olmaq üçün Azərbaycanın son 17 ildə əldə etdiyi sosial-iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir. Ötən il dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə ili olmasına baxmayaraq, Azərbaycanda 2020-ci ilin göstəriciləri də o qədər narahatlıq doğuran deyildi. Çünki insanların sağlamlığının təminatı ilə bərabər, iqtisadi islahatların daha da dərinləşdirilməsi, sosial layihələrin icrasının davam etdirilməsi istiqamətində mühüm addımlar atılmış və müvafiq tədbirlər bu gün də davam etdirilir. Dövlətimizin başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 sosial dəstək proqramının uğurlu icrası ortaya çıxan çətinliklərin aradan qaldırılmasında mühüm rol oynadı. Sosial dəstək proqramları bir daha təsdiqlədi ki, COVID-19-un yaratdığı problemlərə baxmayaraq, Azərbaycanda heç bir layihənin icrası təxirə salınmayıb, əksinə əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olub.
Baş redaktor bildirib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas hədəflər Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək, bugünədək 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq idi. Azərbaycanın bu hədəflərə nail olmaq üçün atdığı addımların nəticəsidir ki, Dünya Bankının hesabatlarında ən islahatçı ölkələr sırasında yer alıb. Bu reytinqlər ölkəmiz üçün qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Bu illər ərzində idarəetmə sistemində təkmilləşmə də uğurlarımızı şərtləndirən amillər sırasındandır. Kadr islahatları, hakimiyyətin hər üç qolunda-icra, qanunvericilik və məhkəmə-hüquq sistemində təkmilləşmələrdə məqsəd dayanıqlı inkişafın təmin olunmasına və vətəndaş məmnunluğunun artırılmasına dəstək verməkdir. Kompleks tədbirlər fonunda qarşıya qoyulan hədəflərin icrası növbəti məqsədlərin təhlilini zərurətə çevirir.
V.Rəhimzadə günümüzün əsas çağırışlarından biri kimi vətəndaş məmnunluğunun artırılmasını önə çəkərək, dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət”, ABAD, DOST layihələrinin icrasına, onların coğrafiyasının genişləndirilməsinə diqqət yönəldib. Baş redaktor bu fikri xüsusi qeyd edib ki, Azərbaycanın keçdiyi yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir nümunədir: “Əgər dünya artıq inkişafın Azərbaycan modelindən bəhs edirsə və öyrənilməsinin vacibliyi bəyan edilirsə, bu, həyata keçirilən siyasətin uğurlu olmasından, gələcəyə hesablanmasından irəli gəlir. İkinci Qarabağ müharibəsində dünyaya səs salan hərbi və siyasi Zəfərimiz də uğurlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan ki, ötən illər ərzində hər bir sahədə gücləndik, beynəlxalq hüquqa əsaslanan xarici siyasətimizin uğurla həyata keçirilməsi nəticəsində haqqın, ədalətin kimin tərəfində olduğunu dünyaya çatdırdıq. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan ən yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan yeni reallıqlar yaratdı və bu gün həmin reallıqlara uyğun olaraq həm ölkə daxilində yeni hədəflər müəyyənləşdirilir, həm də bölgədə yeni əməkdaşlıq formatları yaradılır. Azərbaycan yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin "Mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun» fikirləri hər kəsdən, xüsusilə dövlət məmurlarından məsuliyyət hissini artırmağı, müəyyənləşdirilən hədəflərə çatmağa öz töhfələrini verməyi tələb edir".
"Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də yeni dövrün reallıqlarına uyğun prioritetlərin və onların icrası mexanizminin müəyyənləşdirilməsinə xidmət edir" söyləyən V.Rəhimzadə qeyd edib ki, artıq ölkəmizin həyatında yeni dövr-quruculuq, bərpa dövrü başlayıb: "İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin görülməsi sistemli şəkildə həyata keçirilir. Yeni sənəddə də bu məqamlar öz əksini tapır ki, «Qüdrətli dövlət, yüksək rifah» hər zaman həyata keçirilən siyasətin əsasını təşkil edir. Bu reallıq bir daha önə çəkilir ki, Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınır. İşğalçı Ermənistan üzərində tarixi Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkənin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafımıza böyük təkan verəcək. Bu çərçivədə bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi mənzərəsinin müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək. Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması da bugünədək həyata keçirdiyi təkmil sosial-iqtisadi islahatlara əsaslanır".
Baş redaktor vurğulayıb ki, yeni təsdiqlənən sənədə uyğun olaraq növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Bu Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının müəyyənləşdirdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrasında da xüsusi əhəmiyyət kəsb edir: "Bu gün əsas çağırış işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpa edilməsidir. Bu ərazilərdə bərpa işlərinin həyata keçirilməsinə dost ölkələrin şirkətləri də cəlb edilir. Dövlətimizin başçısı İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün bizə yaxşı tərəfdaşlar lazım olacaq. Bərpa işlərinin o qədər də asan olmadığı belə əsaslandırılır ki, işğaldan azad olunmuş ərazilərdə erməni vandalları tərəfindən bütün binalar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, hər şey sıfırdan başlanacaq".
Baxış sayı: 524
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.