22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Faşist Njdenin "nəzəriyyəsi"?-televiziyalarda bu nə yanlış təbliğatdı ?-Aydın Quliyev
Tarix: 04-02-2021 22:05 | Bölmə: Siyasət

Televiziyalarımızın Hitlerçi erməni faşisti Qaregin Njdenin ermənilərin yekə -yekə " Tseqakronizm nəzəriyyəsi " adı verdikləri boş və mənasız bir şeyin üstündə niyə bu qədər ciddi təbliğat qurmaq səylərini anlamaq çətindir.Njdenin özünün muzdlu nökərçilik etdiyi Hitler hətta kitab yazsa da, sistemli bir nəzəriyyə yox, vur-tut faşizm adlandırılan vəhşilik və antibəşərilik praktikası yarada bildi.Njde kim idi ki, ömrünü qaniçənlərə muzdluluqda keçirdiyi halda hələ bir nəzəriyyə də yaratsın?Televiziyalarımızın Njdeni " böyük nəzəriyyəçi" kimi təqdim etməsi həm əsil elmi və siyasi nəzəriyyənin nə olduğunu dəyərləndirə bilməməkdən əmələ gəlir, həm də adı bir qaniçən şovinisti "nəzəriyyə müəllifi" kimi tam uyğunsuz bir imicə çatdırır.
Njdeni "nəzəriyyəçi " kimi təqdim etmək onun barəsində dünyada "mötəbər imic " yaratmağa xidmət edir.Televiziyalarımız bunu qəbul etsələr də, etməsələr də belədir.Əməlli başlı bir təhsil də görməmiş Njde hansı nəzəriyəni -olsun elmi, ya siyasi nəzəriyyə-yarada bilərdi?O heç faşizmin fəlsəfi banisi Nitşe səviyyəsində də nəzəriyyəçi olmayıb.Njdeni "nəzəriyyəçi " kimi yox, özünün tarixdə olduğu kimi ifşa etmək lazımdır-faşistlərə satılmış qaniçən adi erməni şovinisti kimi, vəssalam....
Prezident İlham Əliyev heç onun haqqında bircə dəfə " nəzəriyyəçi", ya " nəzəriyyə banisi" deyərək danışıbmı? Çünki o həqiqi mahiyyəti bilir...



Baxış sayı: 336


Bölməyə aid digər xəbərlər