18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
Azərbaycan gəncliyi üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlir
Tarix: 02-02-2021 13:45 | Bölmə: Siyasət

Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı ildən-ilə daha da yüksəlmiş, onların cəmiyyət həyatında daha fəal iştirakına, məşğulluğuna, istedad və bacarıqlarının üzə çıxarılmasına böyük töhfələr verilmişdir. Bu barədə danışan Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir.
Adil Əliyevin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” vəsiyyətini gənclərimiz uğurla yerinə yetirirlər. Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etmiş, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermiş, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirmişdir. Hələ ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir.
Ulu Öndərin 1993-cü ildə xalqın istək və tələbi ilə siyasi hakimiyyətə gəlişindən sonra gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrildi. Bu sahədə aparılan işlərin səmərəliyinin artırılması məqsədilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, gənclər siyasətinin istiqamətləri müəyyənləşdirilərək həyata keçirilməyə başlandı.
1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirildiyini deyən Adil Əliyev bildirdi ki, forumların əsas xəttini gənclərin qayğıları, onları narahat edən məsələlərin həlli təşkil edirdi: “Bu gün Azərbaycan Gənclərinin I Forumunun təşkil edilməsindən 25 il keçir. 1996-cı ilin 2 fevral tarixində baş tutmuş ilk forum həm də Azərbaycan gəncliyinin ilk dəfə bir araya gəlməsi idi. Azərbaycan gəncliyinin həmin gün məqsəd və vəzifələri müəyyənləşdi. Gənclərimizin bilikli və vətənpərvər formalaşdırılmasının əsasları həmin forumdan sonra daha geniş vüsət aldı. Forumun keçirildiyi gündən bir il sonra Ulu Öndərin 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi gün - fevralın 2-si Azərbaycan Gəncləri günü elan edildi.
Adil Əliyev qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla aparılan gənclər siyasəti, gənclərlə bağlı təsdiq olunan dövlət proqramları, yaradılan Gənclər Fondu bu sahədə görülən işlərin daha da intensivləşdirilməsinə, gənclərimizin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına yol açmışdır. O cümlədən mütəmadi olaraq gənclərə təqaüdlər verilməsi onların fəaliyyətini daha da stimullaşdırır.
Göstərilmiş diqqətin nəticəsi olaraq gənclər layiqli vətəndaş kimi yetişir, Azərbaycanın adını hər yerdə ucaldırlar. “Fənn olimpiadalarında qazanılan medallara baxsaq, gənclərimizin uğurlarının ildən-ilə çoxaldığını görərik. Onlar beynəlxalq elm yarışlarında çox böyük uğurla çıxış edir və qalib olurlar. Nəticə etibarilə dünyanın müxtəlif ölkələrində yerləşən nüfuzlu universitetlər həmin gənclərimizi öz sıralarında görməyə çalışırlar. Eyni zamanda gənclərimiz idmana da çox üstünlük verirlər. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın müxtəlif bölgələrində olimpiya idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara evsahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında və digər mötəbər turnirlərdə uğurlu çıxışları buna əyani sübutdur.
Beləliklə, elmi olimpiadaların qalibi olmaqla yanaşı, gənclərimiz üçrəngli şanlı bayrağımızı müxtəlif idman yarışlarında da ucaldır, himnimizi səsləndirirlər. Bu da onu göstərir ki, Azərbaycan gənci öz məsuliyyətini tam başa düşür, öz ixtisaslaşmasını çox böyük uğurla aparır. İstər elm, istərsə də idman və yaradıcılıq müstəvisində gənclər vətəndaşlıq məsuliyyətini layiqincə yerinə yetirirər”, - deyə Adil Əliyev bildirdi.
Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və onların milli-mənəvi dəyərlərimizə ehtiram ruhunda yetişdirilməsi dövlət siyasətinin əsas məqsədlərini təşkil edir. Bu mənada gənclərimizin bilikli olmaları, zərərli vərdişlərdən uzaq durmaları ilə yanaşı, onların əsl azərbaycançılıq məfkurəsində yetişmələri də olduqca mühümdür. Bu barədə danışan Adil Əliyev dedi ki, 44 gün davam edən Vətən müharibəsi zamanı dünya Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun və Azərbaycan gəncinin qüdrətini gördü. Məhz gəncliyimizin vətənpərvər ruhda yetişməsinin nəticəsidir ki, şanlı Ordumuza daxil olan minlərlə gəncimiz döyüş meydanında misli görünməmiş şücaət göstərdi. Ləyaqətli Azərbaycan gəncliyi öz üzərinə düşən uca missiyanın yerinə yetirilməsinə səfərbər olaraq, könüllü şəkildə hərbi əməliyyatlara qatıldı. Gənclərimiz istər ön cəbhədə, istərsə də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərdilər. Çünki onların ruhu vətənpərvərliklə yoğrulmuşdur. Gənclərimizə aşılanan yurd, vətən sevgisi onların müharibəni qələbə ilə başa vurmalarında mühüm rol oynadı.
Habelə gənclərimiz yalnız döyüş meydanında deyil, düşmənə qarşı mübarizəni sosial şəbəkələr və kütləvi informasiya vasitələri ilə də aktiv şəkildə həyata keçirdilər. Adil Əliyevin sözlərinə görə, gənclərimiz Azərbaycanın haqlı mübarizəsini və ədalətli müharibəsini dünya ictimaiyyətinin diqqətinə çatdırdılar: “Gənclərimiz Ermənistanın haqsız mövqeyini müdafiə edən, yalan, həqiqətə uyğun olmayan xəbərlərin qarşısının alınmasında böyük əmək sərf etdilər. Onların sosial şəbəkələrdə başlatdıqları kampaniyalar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milyonlarla insanın baş verən hadisələrin səbəbkarının məhz işğalçı Ermənistanın olması barədə məlumatlandırılmasında mühüm rol oynadı. Ermənistanın Bərdə, Gəncə, Mingəçevir və digər şəhər və rayonlarımıza təcavüzü, qadağan olunmuş silahlardan kütləvi şəkildə istifadə etməsi barədə məlumatlar beynəlxalq auditoriyaya çatdırıldı. O cümlədən xaricdə yaşayan və ürəyi ölkəmizlə döyünən azərbaycanlı gənclər də bu sahədə fəallıq göstərdilər”.
Gənclərimizin bu fəallığı Ermənistanın təcavüzkar siyasəti barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında, faşist simasının ifşa edilməsində və Azərbaycanın informasiya müharibəsində də qalib gəlməsində böyük rol oynadı. “Bütün bunlar göstərir ki, Azərbaycan gəncliyi məsuliyyətini tam başa düşür və vəzifələrinin öhdəsindən layiqincə gəlir. Azərbaycan gəncləri, gənclər gününüz mübarək!” - deyə Adil Əliyev bildirdi.
Azerbaijan-news.az
Baxış sayı: 468
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.