22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Biz təcili Tarif Şurasını ləğv etməliyik”
Tarix: 01-02-2021 11:59 | Bölmə: Siyasət

                     “Biz təcili Tarif Şurasını ləğv etməliyik”


“Bizim Azərbaycanın üzərində bir kabus yaranıb. Bu kabusun adı da Tarif Şurasıdır. Kimsə xalqda dövlətə inamsızlıq yaratmaqdan ötrü qiymətləri qaldırır”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, zəlzələni əvvəldən bilmədiyimiz kimi, Tarif Şurasının qərarlarını da bilmirik: “Yediyimiz, içdiyimiz gözümüzdən gəlir. Heç kim də xalqın qarşısına çıxıb hesabat vermir. Gərək deputat hesab verə. Konstitusiyanın ana maddəsi xalqın rifahının yaxşılaşdırılmasıdır. Nə haqla Tarif Şurası bu halları məhdudlaşdırır?  Biz təcili Tarif Şurasını ləğv etməliyik. Ya da bu qiymətləri bizə təqdim etməlidirlər ki, onu biz müəyyənləşdirək. Görülən işlərə kölgə salmaq lazım deyil”.
***
Deputat Erkin Qədirli isə bildirib ki, Tarif Şurası parlamentdən kənar büdcəyə müdaxilə edən qurumdur: “Tarif Şurasının üzvləri nazir müavinləridir. Onlar da siyasi məsuliyyət daşımır. Həmin şəxslər qiymətləri qaldıra bilirlər. Büdcəyə hər hansı müdaxilə parlamentin icazəsi olmadan olmamalıdır. Ona görə biz bu məsələni həll etməliyik”.



Baxış sayı: 382


Bölməyə aid digər xəbərlər