22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ölkə rəhbərliyinin tapşırıqlarının icrasına nəzarət gücləndirilir
Tarix: 30-01-2021 18:38 | Bölmə: Siyasət

                              Ölkə rəhbərliyinin tapşırıqlarının icrasına nəzarət gücləndirilir


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin fərmanı ilə Dövlət Nəzarəti İnformasiya Sistemi yaradılıb.
“Qafqazinfo” xəbər verir ki, Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası Dövlət Nəzarəti İnformasiya Sisteminin formalaşdırılmasının, aparılmasının və ondan istifadə edilməsinin, habelə İnformasiya sistemi ilə bağlı mühafizə tədbirlərinin təmin edilməsinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyənləşdirir.
İnformasiya sisteminin tətbiqi Prezidentin Administrasiyasında dövlət nəzarətinin təşkili və icra intizamının təmin edilməsi istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, o cümlədən, Prezidentin fərman, sərəncam və tapşırıqlarının, Birinci vitse-prezidentin və Prezident Administrasiyası rəhbərinin tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsinə xidmət edir.
Prezident Administrasiyası İnformasiya sistemi üzərində sahiblik və istifadə hüququnu həyata keçirir, qanunvericiliyə müvafiq qaydada İnformasiya sisteminin aparılmasını təmin edir.
İnformasiya sisteminə “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirrinə aid olan məlumatların daxil edilməsinə yol verilmir.
İnformasiya sisteminin saxlanması, fəaliyyəti və inkişaf etdirilməsi üçün zəruri xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.



Baxış sayı: 353


Bölməyə aid digər xəbərlər