22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Zakir Həsənov Monitorinq Mərkəzindən danışdı
Tarix: 30-01-2021 17:06 | Bölmə: Siyasət

                   Zakir Həsənov Monitorinq Mərkəzindən danışdı


"Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olunmasına öz töhfəsini verəcək".
"Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycanın müdafiə naziri Zakir Həsənov Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışında çıxış edərkən səsləndirib.
Zakir Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb. Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla atəşkəs rejiminə nail olunub və 30 ilə yaxın davam edən münaqişəyə son qoyulub.
“2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri arasında imzalanan atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum xüsusi əhəmiyyət kəsb edir. Mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olunmasına öz töhfəsini verəcək. Əminik ki, Mərkəzdə türk və rus həmkarlarımız arasında dost və işçi münasibətlər yaranacaq”, - deyə Azərbaycanın müdafiə naziri vurğulayıb.



Baxış sayı: 342


Bölməyə aid digər xəbərlər