22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
"Vikipediya”nın polyak dili bölməsinə Azərbaycana həsr olunmuş məqalələr daxil edildi
Tarix: 28-01-2021 12:39 | Bölmə: Siyasət

                   "Vikipediya”nın polyak dili bölməsinə Azərbaycana həsr olunmuş məqalələr daxil edildi


Polşa Azərbaycanlıları Şurasının üzvü, Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin magistri Fəridə Əliyevanın təşəbbüsü ilə "Vikipediya”nın polyak dili bölməsinə Azərbaycana həsr olunmuş məqalələr daxil edilib.
Unikal.org xəbər verir ki, soydaşımız bu fəaliyyəti həm də Vikipediya Metodik Mərkəzinin könüllüsü olaraq yerinə yetirir. O, artıq bir müddətdir ki, “Vikipediya”nın
polyak dili bölməsi üçün məqalələr yazır və redaktələr edir, ölkəmizlə bağlı boşluqların aradan qaldırılmasına çalışır. Azərbaycan ordusunun general-mayoru Hikmət Həsənov, Xankəndi talanları, Tovuz döyüşləri, Gəncənin bombalanması haqqında məqalələr polyak oxucuların nəzərinə çatdırılıb.
Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərlinin sözlərinə görə, soydaşlarımız Polşa-Azərbaycan Vikipediya Klubunun yaradılmasını planlaşdırırlar.
Əsas məqsəd  polyak dili bölməsində Azərbaycanla bağlı düzgün məlumatları əks etdirən məqalələrin yerləşdirilməsini təmin etməkdir. Klub üzvlərinə Milli Məclisin üzvü Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun təlimçiləri tərəfindən təlimlərin keçirilməsi də nəzərdə tutulur.



Baxış sayı: 350


Bölməyə aid digər xəbərlər