22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək
Tarix: 24-01-2021 12:55 | Bölmə: Siyasət

                 Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək


Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib.
Bu barədə "Qafqazinfo"ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Nazir Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.
Gəmi heyətinin öldürülən azərbaycanlı üzvünün nəşinin Vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub.



Baxış sayı: 329


Bölməyə aid digər xəbərlər