Bütün xəbərlər
Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbçisinə rütbələr verilib - Video
Tarix: 23-01-2021 21:51 | Bölmə: Siyasət

Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbçisinə rütbələr verilib


Əlahiddə Ümumqoşun Orduda İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçunun cəlb edildiyi ixtisas hazırlığı kursları başa çatıb. Müharibə vərdişlərinə yiyələnmiş döyüşçülərə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib.
Müdafiə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, buraxılış mərasimində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Məzunlar adından çıxış edən Elçin Əliyev söz verib ki, Vətən müharibəsində rəşadətlə döyüşdükləri kimi bundan sonra da dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq Vətənin müdafiəsində cəsarətlə dayanacaqlar.
General-polkovnik Kərəm Mustafayev kursları başa vuran məzunları təbrik edərək gələcək xidmətlərində uğurlar arzulayıb.
Çıxışların ardından məzunlara rütbə və sertifikatlar təqdim edilib.
Məzunların ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları ilə bağlı imzalanmış əmrlər şəxsi heyətə çatdırılıb və tribuna önündən təntənəli keçid olub.

            


Baxış sayı: 303


Bölməyə aid digər xəbərlər