Bütün xəbərlər
Bayden inauqurasiya gününü “tarix, ümid və yenilənmə günü” adlandırdı
Tarix: 21-01-2021 00:11 | Bölmə: Siyasət

                  Bayden inauqurasiya gününü “tarix, ümid və yenilənmə günü” adlandırdı


Xəbər verdiyimiz kimi, ABŞ-ın 46-cı Prezidenti Cozef Baydenin andiçmə mərasimi keçirilib.
“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, siyasətçi çıxışında öz inauqurasiya gününü “demokratiyanın qalib gəldiyi tarix, ümid və yenilənmə günü” adlandırıb.
“Bu, Amerikanın günüdür. Bu, demokratiyanın günüdür. Tarix və ümid, yenilənmə və qətiyyət günü. Dostlar, bu saatda demokratiya qalib gəldi”, - yeni amerikalı lider Kapitolidəki podiumda inauqurasiyası zamanı qeyd edib.
“Əsrlər boyu Amerika dəfələrlə sınaqlardan keçirdi. Və Amerika qarşılaşdığı bütün məsələlərin öhdəsindən gəlirdi”, - Vaşinqton administrasiyasının başçısı deyib.
“Bu gün biz namizədin (seçkilərdə-red.) qələbəsinə görə yox, demokratiya işinə görə sevinirik. Xalq, xalqın iradəsi eşidildi. Və xalqın iradəsi diqqətdən kənarda qalmadı”, - deyə Bayden əlavə edib. “Biz demokratiyanın dəyərli olduğunu yenidən öyrəndik. Demokratiya kövrəkdir”, - o hesab edir.


Baxış sayı: 322


Bölməyə aid digər xəbərlər