Bütün xəbərlər
Bu dəfə tələbələrlə bağlı fikrinə görə tənqid olundu
Tarix: 19-01-2021 15:23 | Bölmə: Siyasət

                Bu dəfə tələbələrlə bağlı fikrinə görə tənqid olundu


Milli Məclisin deputatı Siyavuş Novruzov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə debatda Azərbaycanda ödənişli təhsilin baha olması məsələsi ətrafında müzakirə aparıb. 
“Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat”ın efirində deputat Amerikada universitetlərdə təhsil alan tələbələrdən misal gətirib: “Tez-tez Amerikadan istinad edirsiz. Amerikada tələbələr səhər gedib oxuyur, axşam isə restoranda qab yuyur. Amma milyonçunun uşağıdır. Biz hamımız tələbə vaxtı işləmişik”. 
Qeyd edək ki, millət vəkilinin bu fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. 


Baxış sayı: 555


Bölməyə aid digər xəbərlər