Bütün xəbərlər
Ermənilərdən qənimət götürdüyümüz texnikalar burada göstəriləcək - Video
Tarix: 15-01-2021 17:34 | Bölmə: Siyasət

                      Ermənilərdən qənimət götürdüyümüz texnikalar burada göstəriləcək


Bakıda Vətən müharibəsi memorial kompleksinin tikintisinə başlanılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda Xətai rayonu, Ağ şəhərin yaxınlığına Yeni Bulvara bitişik ərazidə açıq havada muzeyin yaradılması üçün işlərə başlanılıb.
Bu muzeydə Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən hərbi qənimət kimi ələ keçirilən və qismən məhv edilən erməni silahlı qüvvələrinə aid texnikalar nümayiş olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli sərəncamı ilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılmasına qərar verilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilib.

             


Baxış sayı: 276


Bölməyə aid digər xəbərlər