Bütün xəbərlər
Rəsmi Moskvadan Trampa dəstək mesajı
Tarix: 15-01-2021 13:12 | Bölmə: Siyasət

                 Rəsmi Moskvadan Trampa dəstək mesajı


Rəsmi Moskva ABŞ-ın hazırki Prezidenti Donald Trampın sosial media hesablarının bloklanmasına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sosial şəbəkə rəhbərliyinin Trampın məhkəmə qərarı olmadan milyonlarla izləyicisi olan səhifələrini asanlıqla blokladığını qeyd edib.
“Amerika internet platformalarının Prezidentin hesablarını bloklamaq qərarını kiber mühitdəki nüvə partlayışı ilə müqayisə etmək olar. Dağıntıların özü onun nəticələri qədər dəhşətli deyil. Qərb cəmiyyətinin elan etdiyi demokratik dəyərlərə zərbə endirildi”, - deyə Zaxarova vurğulayıb.


Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər