22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İsa Həbibbəyli vəzifəsindən azad olundu
Tarix: 09-01-2021 13:13 | Bölmə: Siyasət

                  İsa Həbibbəyli vəzifəsindən azad olundu


Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AMEA-nın yanvarın 8-də keçirilən iclasında qərar qəbul edilib.
Belə ki, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. Onlar AMEA-nın vitse-prezidenti vəzifəsinə seçiliblər.
Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti seçilib.
Eyni zamanda akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.



Baxış sayı: 421


Bölməyə aid digər xəbərlər