22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Əsgərləri bir kənara, erməni həkimlər də bizə işgəncə edirdi”
Tarix: 05-01-2021 14:46 | Bölmə: Siyasət

                  “Əsgərləri bir kənara, erməni həkimlər də bizə işgəncə edirdi”


“30 sentyabrda könüllü olaraq döyüşlərə qatılmışam. Noyabrın 9-da ürək tərəfindən güllə yarası aldım. Noyabrın 10-da əsir götürüldüm”. 
“Qafqazinfo” xəbər verir ki, bunu əsirlikdən qurtarılmış hərbi qulluqçumuz Anar Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, onlara mənəvi işgəncə də ediblər: “Əsgərləri qoyaq bir kənara, həkimlərin bizə etdiyi işgəncələri başa sala bilmirəm. 12 gün türmə həyatım oldu. Hər gün yuxusuz saxlanılırdıq. Yatanda gəlib vururdular ki, niyə yatırsan? 14 dekabrda tələm-tələsik bizi aeroporta gətirdilər. Hara apardıqlarını demədilər. Deyəndə ki, Bakıdayıq çox sevindik”.
Nahid Həmidov adlı keçmiş əsirin sözlərinə görə, 10 noyabrda tabora yemək aparıb qayıdarkən yolu səhv salıblar: “Bu zaman 8-10 nəfər erməni əsgəri bizi əsir götürdülər. Pəncərəsiz, işıqsız yerdə bir neçə gün qaldıq. Daha sonra İrəvana apardılar. Qeyri-insani hərəkətlər edirdilər bizə”.
Ömər Ələkbərov adlı hərbçi isə bildirib ki, onlara yemək və su verilməyib: “1 gündən sonra xəstəxanaya apardılar. Xəstəxanada ancaq su verirdilər. Yemək deyilən şeyi elə olurdu ki, 3 gündən bir verirdilər. Hərdənbir xadimələri nəsə gətirirdi. Biz işgəncə, əziyyətdən qorxmamışıq. Ancaq sözümlə onlara təsir göstərə bilirdim. Rusların yeməyini oğurlayıb ailələrinə aparırdılar. Deyirdim ki, siz nə gündəsiz?!
İşgəncə zamanı yarama barmaq soxurdular. Deyidilər ki, dediyimizi təkrarla. Təkrarlamadıqca sümüyümüzə kimi barmaq soxurdular. Təpiklə daxili orqanlarımıza vururdular. Tibb bacıları qəsdən gəlib iynəni salıb-çıxarırdılar. Bir damara 15 -20 dəfə iynə vururdular. Spirti çəkib dərimizn altına vururdular.
Bu müddət ərzində Qırmızı Xaç Komitəsi maraqlandı. Onlar gələndən sonra işgəncələri dayandırdılar. Ondan sonra psixoloji təsir edirdilər”.



Baxış sayı: 372


Bölməyə aid digər xəbərlər