18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
Prezidentimizin “İlin siyasətçisi” seçilməsi Lider kimi bütün keyfiyyətlərinin bir daha təqdimatıdır- Vüqar Rəhimzadə
Tarix: 26-12-2020 01:34 | Bölmə: Siyasət

"Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 17 illik fəaliyyətinin zirvəsi kimi dəyərləndirilən Zəfərimiz istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə keçirilən sorğularda da yüksək qiymətləndirilir. Təbii ki, bu uğur bugünün səylərinin deyil, illərin qətiyyətinin, düşünülmüş və məqsədyönlü siyasətin, ölkəmizin istər daxildə, istərsə də beynəlxalq aləmdə qazandığı uğurların, eyni zamanda, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinin prioritetliyi fonunda atılan addımların məntiqi nəticəsidir. Prezident İlham Əliyev dekabrın 23-də xanımı Mehriban Əliyeva ilə işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfəri zamanı əsgərlərlə görüşündə bir daha bu məqamı xüsusi qeyd etmişdir ki, peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat – bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi. İstifadə etdiyimiz taktiki üsullar dünya hərb elmi üçün yenilikdir. Vaxt keçdikcə bu məsələ ilə bağlı daha geniş məlumat veriləcək. Ancaq bu gün də artıq xarici mətbuata sızan məlumatlar onu göstərir ki, bu müharibə döyüş əməliyyatlarının gedişində hərbi ekspertlər tərəfindən çox ciddi təhlil edilirdi və indi də edilir". Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə SİA-ya açıqlamasında bildirib.V.Rəhimzadə qeyd edib ki, Rusiyanın məşhur “Vedomosti” nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib. Prezident İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilib. Nəşr yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inamlı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar.Baş redaktor diqqətə çatdırıb ki, 30 il həllini gözləyən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 44 gündə Azərbaycanın hərbi və siyasi Qələbəsi ilə başa çatması dövlətimizin başçısı İlham Əliyevin uğurlu siyasətinin, qətiyyətli mövqeyinin, illərdir Ali Baş Komandandan "Azərbaycan əsgəri, irəli!" əmrini gözləyən ordumuzun qüdrətinin, döyüş ruhunun yüksəkliyinin, Vətən, torpaq sevgisinin nəticəsidir: "Dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirərək, davamlı inkişafa nail olması bu Qələbəmizə gedən yolu hər an yaxınlaşdırırdı. Beynəlxalq münasibətlər sistemində güc və beynəlxalq hüquq amillərinin önəmini nəzərə alsaq, Azərbaycanın hər iki istiqamətdə üstünlüyü göz önündədir. Müstəqil və praqmatik siyasətində dövlətin və xalqın maraqlarının ifadəsinə əsaslanan addımları ilə hər günümüzü tariximizə önəmli hadisələrlə dolu zəfər günləri kimi yazan dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarında bu inam öz əksini tapırdı ki, üçrəngli bayrağımız işğal altında olan torpaqlarımızın hər bir guşəsində dalğalanacaq. Bu əminliyə əsas verən təbii ki, Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar, eyni zamanda, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın yaradılması idi. Ötən 30 ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icrasını gözləsə də, Azərbaycan Ordusu bu missiyanı özü təkbaşına 44 gündə həyata keçirdi, işğala son qoydu. Ermənistana və ona havadarlıq edən dövlətlərə sübut etdi ki, yenilməz, məğrur ordusu olan Azərbaycandır. Ermənistanın illərdir yaratdığı «yenilməz erməni ordusu» mifi darmadağın edildi. Torpaqlarımızı heç zaman geri qaytarmayacaqları xülyası ilə yaşayan Ermənistan rəhbərlərinin bu ərazilərimizdə yaratdıqları istehkamlar dağıdıldı, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında diz çökdü. 10 noyabr üçtərəfli Bəyanatı dünyaya Azərbaycan Prezidentinin qətiyyətini, ordumuzun gücünü, qüdrətini göstərdi. 44 gündə Azərbaycana nə qədər təzyiqlər göstərildi, müharibənin dayandırılması ilə bağlı tələblər irəli sürüldü. Bütün təzyiq və təhdidlərə əsl Liderə xas olan mərdliklə sinə gərən dövlətimizin başçısı İlham Əliyev mövqeyindən geri çəkilməyərək Ermənistanın baş naziri Nikol Paşinyanın 7 şərtinin qarşısında bir şərt qoydu - torpaqlarımızdan çıxsınlar, rayonların boşaldılması ilə bağlı cədvəl təqdim etsinlər. Əks təqdirdə müharibə sonadək aparılacaq".Vüqar Rəhimzadə Azərbaycan Ordusunun döyüş meydanında qalibyyətindən, şücaətindən bəhs edərək bildirib ki, bütün bu uğurlarımız 10 noyabr Bəyanatının imzalanmasını şərtləndirdi, Ermənistan kapitulyasiya aktına imza atdı: "Ötən 30 ilə müxtəlif baxışlar mövcud olsa da, real olan budur ki, bu müddətdə işğalçı dövlət ona olan diqqət və qayğıdan ərköyünləşərək beynəlxalq hüquq amilinin mövcudluğundan xəbərsiz olub, xülyalarla yaşayıb, yeni ərazilər uğrunda müharibə planı hazırlayıb. Azərbaycan isə bu müddətdə güclənib, haqqın-ədalətin kimin tərəfində olduğunu əsaslı şəkildə dünyaya çatdırmaqla yanaşı, bu reallığın beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapmasına nail olub. Məhz bu kontekstdən yanaşdıqda açıq-aydın görmək olur ki, bu gün bir tərəfdə yenilməz ordusu olan qalib Azərbaycan, digər tərəfdə isə ordusu məhv edilmiş məğlub Ermənistan dayanıb".Baş redaktor vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin ölkədə və beynəlxalq aləmdə qazandığı imic, yaratdığı ümumi portret budur ki, o, praqmatik siyasətçidir. Hadisələri, prosesləri dəqiq qiymətləndirməyi, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim etməyi bacaran, ən əsası öz xalqının, dövlətinin gələcəyini düşünən, dövlət maraqlarını hər şeydən üstün tutan, müstəqil siyasəti ilə öz qətiyyətli mövqeyini ortaya qoyan alternativsiz Liderdir. Zəfərimiz möhtərəm Prezidentimizin bu keyfiyyətlərinin real mənzərəsini bir daha dünyaya təqdim etdi. Rusiyanın məşhur “Vedomosti” nəşrinin seçimi bunun bir daha təsdiqidir.
Baxış sayı: 543
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.