22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Bəzi həkimlər də təhlükəli preparatlar, antibiotiklər təyin edirlər”
Tarix: 23-12-2020 16:51 | Bölmə: Siyasət

                 “Bəzi həkimlər də təhlükəli preparatlar, antibiotiklər təyin edirlər”


“Koronaviruslu xəstələrin evdə müalicəsinə nəzarətin keyfiyyətli gedişatına nail ola bilmişikmi? Burada, təbii ki, problemlər var. Bunun bir obyektiv səbəbi həkimlərimizin, poliklinik sahədə çalışacaq sahə həkimlərinin də personal çatışmazlığını kompensasiya edə bilmək üçün təlimlər keçərək stasionar xidmətə cəlb edilməsidir. Ona görə də poliklinik xidmətin üzərinə böyük yük düşüb.  Poliklinik sahədə təcrübəsi olan mütəxəssilər təlimə cəlb olunaraq prosesə nəzarət etməyə cəlb olunublar”. 
“Qafqazinfo” xəbər verir ki, bunu “Mir Şahinin vaxtı” verilişində TƏBİB sədri Ramin Bayramlı deyib.
O bildirib ki, koronavirusa yoluxan xəstələrin evdə müalicəsində qarşıya çıxan problemlərdən biri xəstələrin özlərini müalicəyə cəhd etməsidir: 
“Xəstələr evdə müalicə zamanı özlərini müalicəyə cəhd edirlər. Təəssüf ki, bəzi həmkarlarımız da özlərindən protokollarda olmayan müalicə aparırlar, xəstələrə ilk gündən təhlükəli hormonal preparatlar, antibiotiklər təyin edirlər. Evdə müalicəyə sahə poliklinikalarının nəzarəti altında başlamaq lazımdır”.



Baxış sayı: 329


Bölməyə aid digər xəbərlər