22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
“Milli Məclisin işçilərini fonda dəstək olmağa çağırıram”
Tarix: 11-12-2020 12:15 | Bölmə: Siyasət

                 “Milli Məclisin işçilərini fonda dəstək olmağa çağırıram”


“Dünən Azadlıq meydanında möhtəşəm zəfər paradı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən bu parad Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. 
Sədr bildirib ki, paradda Türkiyənin əsgər və zabitlərinin iştirakı bayram ab-havasını daha da artırıb: “Türkiyənin bu möhtəşəm tədbirdə bizimlə birgə olmasının çox dərin mənası var. Azərbaycan və Türkiyə dost və qardaş ölkələrdir. Prezidentin də dediyi kimi Azərbaycan və Türkiyənin birliyi artıq reallıqdır”.
S. Qafarova həmçinin əlavə edib ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev YAŞAT fondunun yaradılması ilə bağlı fərman imzalayıb: “Milli Məclis bu cür humanitar aksiyalarda iştirak edir. Ona görə də Milli Məclisin Aparatının işçilərini, İşlər idarəsinin işçilərini və deputatları yaradılmış  bu fonda dəstək olmağa çağırıram”.


Baxış sayı: 262


Bölməyə aid digər xəbərlər