22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Qarabağın kimə məxsusluğu BMT TŞ qətnamələrində çoxdan müəyyənləşdirilib”
Tarix: 04-12-2020 15:36 | Bölmə: Siyasət

               “Qarabağın kimə məxsusluğu BMT TŞ qətnamələrində çoxdan müəyyənləşdirilib”



“Rusiya digər ölkələr kimi Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini dəyişdirməyib”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov müharibədən və Ermənistan, Azərbaycan və Rusiya Federasiyası liderləri arasındakı razılaşmadan sonra Rusiyanın Qarabağın statusuna münasibətinin dəyişib-dəyişməməsi sualını şərh edərkən bildirib.
“Bu ərazinin mülkiyyəti BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə çoxdan müəyyənləşdirilib. Bütün bunlar Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib. Rusiya heç bir şeyi dəyişməyib. Əslində, heç bir ölkə dəyişməyib.
Prezident Vladimir Putin isə Qarabağın özünü tanımadığını, hətta Ermənistanın özü tərəfindən də tanınmadığını söyləyib. Prezident Putin bu barədə danışıb”, -deyə Peskov bildirib.



Baxış sayı: 346


Bölməyə aid digər xəbərlər