22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Klintseviç Zod mədəni barədə: “Sülhməramlılar azərbaycanlılara bu və ya digər əraziyə daxil olmağı qadağan edə bilməzlər”
Tarix: 27-11-2020 20:12 | Bölmə: Siyasət

                 2020/11/1-14455016721.jpg


   
Məlum olduğu kimi, Zod qızıl mədəni yeni Ermənistan-Azərbaycan sərhəd xəttinə düşüb. Dünən orada sərhədin çəkilməsi işləri aparılıb.

Qeğamasar genişləndirilmiş icmasının rəhbəri Hakob Avetyan qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ərazidə olublar, o və ya icma bələdiyyəsinin hər hansı nümayəndəsi demarkasiya prosesində iştirak etməyib.

“Sərhədi çəkirlər, artıq bizimkilər biz tərəfdən, onlar da öz tərəfindən mövqe tuturlar. Mədənin bu hissəsindən sərhəd çəkilir, bizə nə qədər, onlara nə qədər qaldığını bilmirəm”, - deyə icma rəhbəri qeyd edib.

Rusiya Federasiyası Federal Şurasının Təhlükəsizlik və Müdafiə Komitəsinin rəhbəri, senator Frants Klintseviç deyib ki, rus sülhməramlılar azərbaycanlılara bu və ya digər əraziyə daxil olmağı qadağan edə bilməzlər. Klintseviç bənzər söz-söhbətləri provakasiya hesab edib.

“Onlar kiməsə icazə verməməlidirlər? Orada bu ərazilərlə bağlı razılaşmalar var. Provakasiya ilə məşğul olmayın. Rus sülhməramlılarının nə etməli olduğu ətraflı şəkildə təsvir edilib və inanın ki, onlar etməli olduqlarını edirlər”, - deyə əlavə edib.



Baxış sayı: 388


Bölməyə aid digər xəbərlər