22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Mayya Sandu: Bugünkü qələbə ən yaxşı ölkədə yaşamaq istəyən insanların qələbəsidir
Tarix: 16-11-2020 17:05 | Bölmə: Siyasət

“Fəaliyyət və Həmrəylik” Partiyasının lideri Mayya Sandu noyabrın 15-də keçirilmiş prezident seçkilərində qələbəsindən sonra ilk bəyanatlarla çıxış edib.
AZƏRTAC xəbər verir ki, Moldova xalqına təşəkkürünü bildirən Sandu yeni vəzifəsində fəaliyyətə başlayandan sonra parlament fraksiyaları ilə məsləhətləşmələr aparacağını bildirib.
O deyib: “Moldova xalqı, diaspor, siz qalib gəldiniz. Bizə göstərdiyiniz etimada və birliyə görə sağ olun. Mən həmişə demişəm, Moldova xalqı yaxşı xalqdır və hər şeyi bacarır. Sizin həmrəyliyiniz bütün dünyanı heyran etdi”.
Mayya Sandu “Fəaliyyət və Həmrəylik” Partiyasından olan komandasına, digər siyasi partiyalardan olan müşahidəçilərə və nümayəndələrə də təşəkkürünü bildirib ki, onların sayəsində bu qələbə mümkün olub.
Siyasətçi vurğulayıb: “Seçkilərin keçirilməsini təmin edən aparat əməkdaşlarına təşəkkür edirəm. Bugünkü qələbə ən yaxşı, ədalətli ölkədə yaşamaq istəyən insanların qələbəsidir. İnsanlar onları birləşdirən ölkəyə səs veriblər. Bundan sonra biz həyatımızı yaxşılaşdırmaq üçün birlikdə işləyəcəyik. Mənə göstərdiyiniz etimad məni ruhlandırır. Prezidentin səlahiyyət müddəti mükafat deyil. Mən başa düşürəm ki, vəziyyəti yaxşılaşdırmaq üçün dörd il gərgin işləmək lazımdır. Dəyişdirilməli məsələlər çoxdur”.
Xatırladaq ki, noyabrın 15-də Moldovada prezident seçkilərində Sandu seçicilərin 57,75 faizinin səsini toplayaraq qalib gəlib. Dodona seçicilərin 42,25 faizi səs verib.





Baxış sayı: 358


Bölməyə aid digər xəbərlər