22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Bir neçə kənddəki çox şiddətli toqquşmalar bizim vaxtımızı aldı”
Tarix: 09-11-2020 18:52 | Bölmə: Siyasət

                 “Bir neçə kənddəki çox şiddətli toqquşmalar bizim vaxtımızı aldı”


“Bəli, ümidim var. Çünki indi mənim ümidim bizim döyüş meydanındakı uğurumuza əsaslanır”. 
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin “Sizin sülh yolu ilə həllə ümidiniz varmı?” sualına cavabında deyib.
Dövlət başçısı bildirib ki, onun ümidi Ermənistanın konstruktiv mövqeyinə əsaslanmır: 
“Çünki bizim döyüş meydanında gördüklərimiz, Füzulidə, Cəbrayılda gördüklərimiz, biz gördük ki, onlar əraziləri boşaltmağı planlaşdırmırdılar. Onlar bizə yalan danışırdılar. Onlar Minsk qrupunun həmsədrlərinə yalan danışırdılar. Çünki onlar o istehkamlara o qədər vəsait yatırıblar ki, oraları heç vaxt boşaltmazdılar. Buna görə Füzuliyə nəzarəti ələ almaq bizim çox vaxtımızı apardı. Sonra biz Araz çayı boyu Ermənistanla dövlət sərhədinə doğru hərəkət edəndə bir neçə kənddə çox şiddətli toqquşmalar oldu. Bu müdafiəni yarmaq bir neçə gün vaxtımızı aldı”.



Baxış sayı: 322


Bölməyə aid digər xəbərlər