22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İtaliyadakı səfirimizi ermənilər təhdid edir
Tarix: 07-11-2020 14:11 | Bölmə: Siyasət

               İtaliyadakı səfirimizi ermənilər təhdid edir


Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ermənilərə aid olduğu bilinən tvitter səhifəsindən davamlı təhdid mesajları alır. 
"Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib. Səfir tvit ataraq bildirib ki, "L'Italiano in Armenia" onun ünvanına mütəmadi təhdid mesajları paylaşır. Səfirin paylaşdığı şəkildə sözügedən səhifə "Azərbaycanın İtaliyadakı səfiri üçün dua edin" ifadəsi də yer alan paylaşım edib. 
"Erməni saxtakarlar mənə qarşı bir başa hücumlara və təhdidlərə keçir. Xocalı soyqırımını törədənlərdən başqa bir şey gözləyə bilməzdim", deyə diplomat vurğulayıb. 
İtaliyalı siyasətçi, Avropa Parlamentinin Deputatı Aldo Patriçielli bununla bağlı səfirə dəstək mahiyyətli paylaşım edib və onunla həmrəy olduğunu qeyd edib: "Bu saatlarda təhdidlərə və mənasız hücumlara məruz qalan səfir Məmməd Əhmədzadə ilə tam həmrəyik. Siyasi mübahisələr heç vaxt qarşılıqlı hörmət hüdudlarından kənara çıxa bilməz".
Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə alan İtalianın "La Republica" qəzetinin Peitro Del Renin ünvanına qarşı da hücumlar həyata keçirmişdi. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında məlumat vermişdi:
"İndi İtaliyanın "La Repubblica" qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisinin fiziki təhdidinə məruz qalan "TF1" və "New York Times" jurnalistlərinə qarşı da eyni hal baş vermişdir. Azad mediaya və ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq"



Baxış sayı: 346


Bölməyə aid digər xəbərlər